Anton Oleoviç Kanibolotski () — Azərbaycan Premyer Liqası təmsilçilərindən "Qarabağ"da oynayan Ukrayna qapıçısı.

Klub karyerası Dnepr Dnepropetrovsk Kanibolotski peşəkar karyerasına 2005-ci ildə ölkəsinin Dnepr klubunda başlayıb.Bu klubdakı debüt oyununa 23.11.2008 tarixində Tavriya Simferopol qarşısında çıxıb.

Krivbas Anton Kanibolotski 2010-cu ildə Krivbasa keçib.

Şaxtyor 30 iyul 2012-ci il tarixində Şaxtyor Donetsk klubu ilə müqavilə imzalayıb. Anton Kanibolotski oynadığı illər ərzində 9 kubok qazanıb.

Qarabağ Anton 2017-ci ildə Azərbaycan Premyer Liqası klublarından Qarabağla 2 illik müqavilə imzalayıb.Bu klubdakı debütünü UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin 2-ci oyununda Samtredia qarşısında etdi.Qarabağ bu oyunda 1-0 hesabı ilə qalib gəldi.

Milli Komanda karyerası Ukrayna millisində debütünü 02.06.2010 tarixində Norveç qarşısında etdi. Kanibolotski Ukrayna (21 yaşlılar) millisinin üzvü olmuşdur.

Uğurları

Klub Şaxtyor (9 kubok) Ukrayna Çempionatı (3): 2012/2013, 2013/2014, 2016/2017 Ukrayna Kuboku (3): 2012/2013, 2015/2016, 2016/2017 Ukrayna Superkuboku (3): 2013, 2014, 2015

Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Dnepr FK futbolçuları Kateqoriya:Şaxtyor Donetsk FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Ukrayna idmançıları Kateqoriya:Karpati Lvov FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Medz FK futbolçuları