OpenStreetMap (OSM) – azad, hamı tərəfindən redaktə edilə bilən dünya xəritəsi. OSM – in yaranma və inkişafı digər xəritələrin qoyduğu məhdudiyyətlər və hazırda çox da baha olmayan GPS texnologiyasıdır. OSM könüllü yaradılan coğrafiya informasiya sisteminin ən yaxşı nümunəsidir.
Steve Coast 2004-cü ildə Böyük Britaniyada Vikipediyanın uğurundan ilhamlanaraq bu layihəni yaratdı. O vaxtdan bəri qeydiyyatdan keçən istifadəçilərin sayı 2 milyonu keçib. Bu sayt OpenStreetMap fondu tərəfindən dəstəklənir. Bu fond İngiltərə və Ueltsdə qeydiyyatdan keçib.
Xəritənin özündən çox, orada yaradılan verilənlər (data) çox böyük əhəmiyyət kəsb edir. Bu verilənlər bir çox layihələr, o cümlədən, Craigslist, OsmAnd, Geocaching, MapQuest Open, JMP statistical software, və Foursquare layihələrində istifadə edərək Google Mapsdan imtina ediblər. Amma verilənlərin keyfiyyəti dünyada müxtəlif yerlərə görə çox fərqlənir.
İstinadlar
Kateqoriya:Birləşmiş Krallıq veb-saytları Kateqoriya:2004-cü ildə yaranan saytlar Kateqoriya:OpenStreetMap Kateqoriya:Creative Commons lisenziyalı veb-saytlar Kateqoriya:Kartoqrafiya