Eminov Zakir Namin oğlu () — Azərbaycan coğrafiyaçısı, demoqraf, AR Elm və Təhsil Nazirliyi akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent, professor.
Həyatı Zakir Eminov 1967-ci il fevralın 1-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. Ailəlidir, iki oğlu vardır.
Təhsili 1991-ci ildə BDU-nun Coğrafiya fakültəsini bitirib.
1991–1995-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin aspiranturasında oxuyub.
Əmək fəaliyyəti 1991-ci ildə Coğrafiya İnstitutunun "Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası" şöbəsində işləyib; Baş laborant, sonra kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 2001-ci ildən aparıcı elmi işçi, 2015-ci ildən baş elmi işçi vəzifəsində çalışıb. 2017-ci ildən İnstitutun "İnsan coğrafiyası" istiqamətinə rəhbər, yeni yaradılmış "Tibbi coğrafiya" şöbəsinə müdir təyin edilib. 2021-ci ildə Z. N. Eminov AMEA Coğrafiya İnstitutunun Baş direktoru vəzifəsinə təyin olunmuşdur.
Elmi fəaliyyəti "Azərbaycan Respublikasında əhalinin vahid məskunlaşması sisteminin (VMS) formalaşması və inkişafı" (Gəncə iqtisadi rayonunun timsalında) mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır. 2007-ci ildə ona dosent elmi adı verilib. AMEA H. Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri. İqtisadi-sosial və siyasi coğrafiya ixtisası üzrə "Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri" mövzusunda müdafiə edərək coğrafiya elmlər doktoru elmi dərəcəsi almışdır. Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 90-a qədər elmi məqalə və tezisin, 10 monoqrafiyanın, 10-a qədər kitabın müəllifidir. Elmi əsərləri ABŞ, Böyük Britaniya Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilmişdir.
Pedaqoji fəaliyyəti BDU-da "Azərbaycanın əhalisi", "Azərbaycanda əhalinin VMS-nin problemləri" və "Azərbaycan və qonşu ölkələrin əhali coğrafiyası" kursları üzrə mühazirə və seminar məşğələləri;
ADPU-da "İstehsalın texniki-iqtisadi əsasları" və "Əhali coğrafiyası" fənləri üzrə mühazirələr;
Onun rəhbərliyi ilə 4 fəlsəfə doktoru müdafiə edib;
Elmi tədqiqat sahələri Əhalinin demoqrafik vəziyyətinin nizamlanması, regionların inkişafı, iqtisadi islahatlar aparılmasının nəticələri, Azərbaycanın siyasi-coğrafi cəhətdən öyrənilməsi, Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə edilməsi, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini öyrənir.
Elmi nəticələri Əhali coğrafiyası, demoqrafik vəziyyətin nizamlanması, əhalinin məskunlaşması və təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin və regionların sosial-iqtisadi inkişafı sahəsində mütəxəssis. Əhalinin məskunlaşması, yaşayış məntəqələrinin sosial-demorqafik inkişafı və təsərrüfat strukturu arasında olan əlaqələri, iqtisadi islahatların aparılmasını, onların sənayedə, kənd təsərrüfatında olan xüsusiyyətlərini, iqtisadi və sosial-demoqrafik nəticələrini və meydana çıxan problemlərin aradan qaldırılması istiqamətlərini öyrənmişdir. Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 70 Xaricdə çıxmış elmi əsərlərinin sayıː 16
Seçilmiş əsərləri
Monoqrafiyalar Z. N. Eminovun 11 monoqrafiyası çap olunub. 2005-ci ildə Azərbaycanın əhalisi.Bakı: Çıraq, 2005, 560 s. 2010-cu ildə "Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası" (proseslər, problemlər, konstruktiv aspektlər) monoqrafiyası nəşr edilib. (N. Ə. Paşayev və N. H. Əyyubovla birlikdə).Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s Coğrafiya Ensiklopediyası (II cild, 2011). Azərbaycan Respublikasının coğrafiyasıMonoqrafiya 15 c.v., 2015 501 s Azərbaycan Respublikasının coğrafiyasıMonoqrafiya, II cild Bakı, 2015 328 s. (1.5., II Fəsil, 3.1.-3.2., 3.4.-3.5., 4.4., 5.5.-5.6., 6.6.,8.1., 8.3., IX fəsil) Həmmüəllif Azərbaycan Respublikasının coğrafiyasıMonoqrafiya, III cild Bakı, 2015 400 s. (I fəsil, 3.1., 3.3.2, 3.4.2., 3.5.2., 5.1., 5.3.,7.2., 7.3., 9.2., 9.3., XI fəsil) Həmmüəllif Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhali məskunlaşması və demoqrafik inkişaf problemləriMonoqrafiya, Bakı, 2016 184 s. 1.1.-1.5 (s. 7–38), II Fəsil (s. 57–95) Həmmüəllif Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resurslar və perspektivlərMonoqrafiya Müstəqillik yollarında 25, Bakı, 2016 S. 382–486 R. M. Məmmədov N. H. Əyyubov Azərbaycan Respublikasında yüngül sənayenin inkişafının iqtisadi-coğrafi problemləriMonoqrafiya Bakı, 2017. 170 s. 1.1. (s. 8–19); 4.4. (s. 130–161) Naxçıvan MR coğrafiyası. İqtisadi və sosial coğrafiya. II cild.Monoqrafiya Naxçıvan 2018 384 s. 1.2. (14–29), 1.3. (29–42), 3.1.-3.3. (s. 65–77), 4.1., (s. 101–106), 4.5. (s. 125–137), 5.1. (s. 164–170), 6.4. (s. 208–214), 8.6. (s. 264–274), 9.1. (s. 305–310), 9.2. (s. 310–316), 9.3.4.-9.3.5. (s. 330–339), 10.1.-10.3. (353–374) Həmmüəllif Lənkəran-Astara iqtisadi rayonunda əhalinin ərazi təşkilinin iqtisad-coğrafi problemləriMonoqrafiya Bakı, 2019 216 s. 1.1.-1.4. (s. 7–26), 1.5.3. (s. 41–57), II Fəsil (s. 100–139) Həmmüəllif Türk dünyası ölkələrinin coğrafiyasıMonoqrafiya, II cild Bakı, 2020 Həmmüəllif Türk dünyası ölkələrinin coğrafiyasıMonoqrafiya, III cild Bakı, 2021 Həmmüəllif
Tədris-metodiki vəsaitlər "Coğrafiya". Ümumi fiziki və iqtisadi coğrafiyaKitab Az. İMU 395 səh. 2000 "Coğrafiya". Materiklər və ölkələr. Türk dünyası ölkələriKitab Az. MU 263 səh.2000 "Coğrafiya" Azərbaycanın fiziki və iqtisadi coğrafiyasıKitab Az. İMU 200 səh. 2000 Azərbaycanın fiziki və iqtisadi coğrafiyasıKitab TQDK M.A.Müseyibov, N.H.Əyyubov,2003 "Coğrafiya" (təkrar nəşr) .Kitab "Çıraq" nəşriyyatı 656 səh, 2004 Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (2004–2008-ci illər) Məqalə Abituriyent-2, TQDK, "Şərq-Qərb", Bakı 4 səh.s. 126–129, M. A. Müseyibov, E. K. Əlizadə, N. H. Əyyubov, 2010 Coğrafiya ensiklopediyası Kitab"Çaşıoğlu" I cild, 368 s. II cild, 368 s. Q.M.Səmədov, 2012 Coğrafiya Vəsait DİM2018, 347 s. Həmmüəllif, Coğrafiya Vəsait DİM2021. Həmmüəllif Orta ümumtəhsil məktəbləri üçün DərslikDərslik və Metodik vəsait VIII sinif Həmmüəllif Orta ümumtəhsil məktəbləri üçün DərslikDərslik və Metodik vəsait VI sinif Həmmüəllif
Elmi məqalələr
1993 Azərbaycanda səhiyyə obyektlərinin ərazi təşkili və onların kadrlarla təmin edilməsiTezis, Respublika Onkoloji Elmi Mərkəzinin əsərləri, III cild, Bakı, 1 səh., s.57–58, R.Bəxtiyarova
1994 Məhsuldar qüvvələrin yerləşməsi və əhalinin məskunlaşmasıAEA xəbərləri, "İqtisadiyyat" seriyası, 1994, № 1–4. s. 45–50.
1995 Demoqrafik amillərin yaşayış məntəqələrinin formalaşması və inkişafında roluAEA xəbərləri, "İqtisadiyyat" seriyası, 1995, № 1–4, s. 58–62. Azərbaycanın şəhər tipli qəsəbələri və onların sosial-iqtisadi inkişafıAEA xəbərləri, "İqtisadiyyat" seriyası, 1995, № 1–4, s. 63–71. Daşkəsən rayonunun iqtisadi və sosial-demoqrafik problemləri.Məqalə, “İqtisadiyyat və həyat”, № 1-3 4 səh., s. 24-27 Azərbaycanda məskunlaşmanın səmərələşdirilməsi problemləriTezis, AEA Coğrafiya İnstitutu 50 ildə, “Elm” 1 səh., s. 62-63 Torpaq islahatı lazımdır“İqtisadiyyat və həyat”, № 4-8, 3 səh., s. 19-22
1996 İerarxiya prinsipinə görə respublika şəhərlərinin təsnifatı AEA xəbərləri, “İqtisadiyyat” seriyası, № 1-4, 5 səh., s.200-204
1998 Eminov Z. N. (N. H. Əyyubovla birlikdə). Azərbaycanda siyasi coğrafiyanın inkişafının əsas istiqamətləriAzərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. Bakı: 1998, s. 119–121.
1999 Eminov Z. N. (E. Q. Mehrəliyev və N. H. Əyyubovla birlikdə) Azərbaycanın geodemoqrafik şəraitiAR konstruktiv coğrafiyası. II cild. Bakı: Elm, 1999, s. 158–164.
2002 Azərbaycanda torpaq islahatları və kənd məskunlaşmasının sosial-iqtisadi problemləriBakı Universitetinin xəbərləri, "Təbiət elmləri" seriyası. 2002, № 4, s. 178–190.
2005 Azərbaycanın demoqrafik problemləriAMEA xəbərləri, "Yer elmləri" seriyası, 2005, № 2, s. 126–131.
2006 Eminov Z. N. (B. Ə. Budaqov və İ. E. Mərdanovla birlikdə). Azərbaycanda yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsi qanunauyğunluqlarıAMEA xəbərləri, "Yer elmləri" seriyası, 2006, № 3, s. 89–97. Azərbaycanda əhalinin məşğulluq problemləriAMEA xəbərləri, "Yer elmləri" seriyası, 2006, № 4, s. 81–86. Davamlı inkişaf konsepsiyası: Azərbaycanda həyata keçirilməsinin əsas istiqamətləri və problemləri Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, X cild. Bakı: 2006, s. 52–59.
2007 Əhalinin həyat səviyyəsi və demoqrafik vəziyyətiAzərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XI cild. Bakı: 2007, s. 265–274.
2008 Охрана окружающей среды – одно из направлений устойчивого развитияВосстановление нарушенных природных экосистем. Материалы III Международной научной конференции, 7–9 октября 2008 г. Донецкий Ботанический Сад НАН Украины, Донецк, 2008, с. 587–593. Экологические проблемы Азербайджана и основные направления их преодоленияСтратегия качества в промышленности и образовании. Материалы IV Международной конференции, 30 мая — 6 июня 2008 г. В 2-х т. Т I. Болгария, г. Варна, 2008, с. 629–631. Миграционные связи Азербайджана со странами СНГСоциальная география регионов России и сопредельных территории. Научные труды Института Географии им. В.Б. Сочавы Российской АН, Восточно-Сибирского Отделения Русского Географического Общества. Иркутск, 2008, с. 238–241. Совершенствование отраслевой структуры промышленности и занятости население в условиях экономических реформ"Экономика и образование". Известия Ташкентского Государственного Экономического Университета, 2008, № 4. Ташкент, 2008, с.160–162. Eminov Z. N. (M. C. İsmayılov ilə birlikdə). Böyük Qafqaz təbii vilayətində əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsinin landşaft-ekoloji əsaslarıAzərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XIII cild. Bakı: 2008, s. 164–176. Azərbaycanın kənd təsərrüfatında və torpaqlardan istifadənin strukturunda baş verən dəyişikliklərAMEA xəbərləri, "Yer elmləri" seriyası, 2008, № 4, s. 70–75.
2009 Проблемы устойчивого развития сельского хозяйства"Экономика и образование". Известия Ташкентского Государственного Экономического Университета, 2009, № 2. Ташкент, 2009, с.151–155. Проблемы социально-экономического развития регионов Азербайджана и пути их решенияРегиональная политика России в современных социально-экономических условиях: географические аспекты Научные труды Института Географии им. В.Б. Сочавы Российской АН, Восточно-Сибирского Отделения Русского Географического Общества. Иркутск, 2009, с. 39–41. Azərbaycanda sənayenin strukturunun təkmilləşdirilməsi və əmək ehtiyatlarından istifadə problemləriAzərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XIV cild. Bakı: Victory, 2009, s. 120–124.
2010 Abşeron iqtisadi rayonunda təsərrüfatın və əhalinin təmərküzləşməsinin iqtisadi və sosial-demoqrafik problemləriAzərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XV cild. Bakı: 2010, s. 253–258. Azərbaycanın dünya təsərrüfatına inteqrasiyası prosesində təsərrüfat sistemində baş verən dəyişikliklər"Turan" Stratejik Araştırmalar Merkezi. Uluslararası Bilimsel Hakemli Mevsimlik Dergi. Türkiye, Konya, 2009, № 3, s. 132–141. Azərbaycanda urbanizasiya prosesləri və şəhərlərin inkişaf problemləri"Turan" Stratejik Araştırmalar Merkezi. Uluslararası Bilimsel Hakemli Mevsimlik Dergi. Türkiye, Konya, 2010, № 6, s. 91–95.
2013 Kənd turizminin potensiali və İran İslam Respublikasinda onun inkişaf istiqamətləri.AMEA Xəbərləri, "Yer elmləri bölməsi" 2013,№ 2, 7 səh., s. 77–83 həmmüəllif H. M. Zendehdel Региональные особенности миграционных процессов в Азербайджане.Научно-практический журнал "Экономика Крыма". Таврический Национальный Университет им. В.И. Вернадского, Украина. Симферополь.2013, № 1, 5 c. c.423–427