Vitali Yunus oğlu Səmədov () – partiya işçisi, fəlsəfə elmləri namizədi, Azərbaycan SSR EA-nın Tarix və Fəlsəfə İnstitutunun direktoru, Azərbaycan Kommunist partiyasının qurultayında Mərkəzi Komitənin büro üzvü, Azərbaycan KP-nın MK-nin ikinci katibi.Kərimova (Kocayeva) T.S. Tarix İnstitutunun tarixi. Bakı, 2017 (əsər çapa hazırlanır)

Həyatı Vitali Yunus oğlu Səmədov 1919-cu il sentyabrın 24-də Moskva şəhərində anadan olub. 1984-cü ildə vəfat edib.

Təhsili 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun Elektrik Mühəndisliyi fakültəsini bitirmişdir. 1947-ci ildə Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Ali Partiya Məktəbində təhsili başa vurub. 1948-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

Elmi-təşkilatı fəaliyyəti 1942–1944-cü illərdə Azərbaycan SSR XDİK orqanlarına işə göndərilmişdir. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının MK-nın ikinci katibi (1944–1946) olmuşdur. 1948-сi ilin avqust ayından Azərbaycan SSR EA-nın Fəlsəfə Sektorunda kiçik elmi işçi vəzifəsində işləmişdir. XX əsrin 50-ci illərində akademiya və onun müəssisələrinin partiyaçı kadrlar ilə "doldurulması" prosesi yüksək sürətlə gedirdi. 1951-ci ilin fevralın 16-da Tarix və Fəlsəfə İnstitutunun direktoru vəzifəsinə partiya işçisi, fəlsəfə elmləri namizədi Vitali Səmədovun təyin edilməsi də məhz bununla bağlı idi. 1952-ci il iyunun 14-nə kimi Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru olub. 1951-ci ilin iyun ayında o, partiya işinə keçirilərək Azərbaycan KP MK-nin elm və təhsil şöbəsinin müdiri, sonradan 1952-ci ildə Azərbaycan KP-nın MK-nin ikinci katibi seçilmişdir. 1948–1960-cı illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1954-cü ildə Azərbaycan Kommunist partiyasının qurultayında Mərkəzi Komitənin büro üzvü seçilmişdir. 1954-cü il 4-сü çağırışında SSRİ Ali Sovetinin deputatı seçilmişdir.SSRİ Ali Sovetinin 4-cü çağırışdan olan deputatlarının siyahısı 1956-cı ildə Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin üzvü, 1959-cu il çağırışında Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında Marksizm-Leninizm İnstitutunda (1971-ci ildən marksizm-leninizm tarixi bölməsinin müdiri) işləmişdir. 1971-ci ildə SSRİ EA-nın ictimai fikir tarixinə dair Elmi Şurasının üzvü olmuşdur.

Əsərləri V.Y.Səmədovun əsas tədqiqatları marksizm-leninizm tarixi, ictimai fikir və inqilabi hərəkat tarixi sahəsindədir. Azərbaycan Kommunist Partiyasının tarixi" əsərinin müəlliflərindən biri olub. Əsas əsərləri aşağıdakılardır: Роль марксизма в развитии биологической науки [Текст] / В. Самедов ; Акад. наук Азербайдж. ССР. Ин-т философии. - Баку : Изд-во Акад. наук АзССР, 1950 (тип. "Кр. Восток"). — 130 с. Распространение марксизма-ленинизма в Азербайджане [Текст]. - Баку : Азернешр, 1962–1966. — 2 т. Очерки о творческом характере марксизма-ленинизма [Текст] / Акад. наук Азербайдж. ССР. Ин-т истории и философии. - Баку : Изд-во Акад. наук АзССР, 1952. — 418 с. Развитие И. В. Сталиным диалектического и исторического материализма в труде "Марксизм и вопросы языкознания" [Текст] / Акад. наук Азербайдж. ССР. Ин-т истории и философии. - Баку : Изд-во Акад. наук АзССР, 1951. — 118 с. Творческая роль марксизма-ленинизма в развитии биологической науки [Текст] / Акад. наук Азербайдж. ССР. Ин-т истории и философии. - Баку : Изд-во Акад. наук АзССР, 1953. — 108 с.

İstinadlar

Xarici keçidlər ÜİK(b)P XIX qurultayı — Sov. İttiffaqının KP (5–14 oktyabr 1952-ci il). Sənədlər və materiallar SSRİ Ali Sovetinin 4-cü çağırışdan olan deputatlarının siyahısı

Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun direktorları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvləri