Məmməd Salman oğlu İskəndərov () — tarixçi, tarix elmləri namizədi, ictimai xadim, Ümumittifaq Kommunist (bolşevik) Parityasının Mərkəzi Komitəsi yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru, Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunun direktoru.Kərimova (Kocayeva) T.S. Tarix İnstitutunun tarixi. Bakı, 2017 (əsər çapa hazırlanır)
Həyatı Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İskəndərov 1909-cu il 30 dekabr tarixində anadan olub. 1947-ci ildə ekstern yolu ilə V.M.Molotov adına İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1947–1950-ci illərdə o, ÜK (b)P MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olmuş və orada "S.M.Kirov Azərbaycan bolşeviklərin rəhbəri kimi (1920–1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1965-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.
Fəaliyyəti M.S.İskəndərov 1937-1941-ci illərdə Vedi rayon partiya komitəsinin birinci katibi, Kommunist (bolşevik) Partiyasının Mərkəzi komitəsinin sənaye şöbəsinin müdiri, 1941-ci ilin mart ayında Ermənistan K(b)P MK-nin katibi seçilmiş və 1943-cü ilə kimi bu vəzifədə işləmişdi. 1946-cı il 10 fevral tarixində 2-ci çağırışdan SSRİ Ali Sovetinin deputatı seçilib. 1943-1947-ci illərdə Ermənistan K(b)P MK katibinin müavini və MK-nin şöbə müdiri vəzifələrində çalışmışdır. 1950-ci ildə M.S.İskəndərov Azərbaycana göndərilmiş və həmin ilin sentyabr ayında Azərbaycan K(b)P MK bürosunun qərarı ilə, ÜK (b) P MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının direktor müavini, 1951-ci ilin aprelin 19-dan isə institutun direktoru təyin edilmişdir (1951–1952). O, 1951-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunun "Marsizm-leninizm" kafedrasının müdiri vəzifəsində işləmiş, eyni zamanda Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna rəhbərlik etmişdir. O, bu vəzifədə 1952-ci ilin aprelin 16-dək işləmişdir. 1952-ci ilin 10 aprelində M.S.İskəndərov təbliğat və təşviqat şöbəsinin müdiri, 1956-cı il 23 noyabrında isə ÜK (b)P MK yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru təyin edilmişdir.
Əsərləri С. М. Киров в Азербайджане [Текст]. - Баку : Азернешр, 1970, 220 с. <nowiki>Из истории борьбы Коммунистической партии Азербайджана за победу Советской власти [Текст. - Баку : Азернешр, 1958. - 539 с.] <nowiki>Наша цель - коммунизм [Текст : [Сборник статей] / Ин-т истории партии ЦК КП Азербайджана - филиал Ин-та марксизма-ленинизма при ЦК КПСС ; [Под ред. М. С. Искендерова и др.]. - Баку : Азернешр, 1964. — 215 с.] <nowiki>Воспоминания азербайджанских коммунистов о В. И. Ленине [Текст : [Сборник] / Ин-т истории партии при ЦК КП Азербайджана - филиал Ин-та марксизма-ленинизма при ЦК КПСС ; [Ред. М.С.Искендеров]. - Баку: Азернешр, 1958. — 86 с.]
İstinadlar
Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun alimləri Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun direktorları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Ermənistan Kommunist Partiyası Ararat Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Ermənistan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Məktəb direktorları Kateqoriya:Qəzet redaktorları Kateqoriya:Azərbaycan redaktorları