9 nömrəli oyunçu filmi rejissor Elnur Canıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın əfsanəvi futbolçusu, 9 nömrə altında çıxış edən Anatoli Banişevski haqqındadır.
Məzmun Film Azərbaycanın əfsanəvi futbolçusu, 9 nömrə altında çıxış edən Anatoli Banişevski haqqında bəhs edir.
Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub. O, peşəkar karyerası ərzində — 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ ççempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə "Neftyanik" bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi. Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.
Filmdə futbolçunun keçmiş həyat yoldaşı, tanışları və dostları onun haqqında öz xatirələrini bölüşürlər.
Filmin üzərində işləyənlər Müəllif: Fikrət Adıgözəlli Rejissor: Elnur Canıyev Operator: Səfər Səfərov, Ramiz Rzayev
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2007-ci ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2007-ci ilin Azərbaycan filmləri Kateqoriya:Futbol haqqında filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Rusca filmlər