Çaxmaqlıdağ — Ordubad rayonu ərazisində dağ (hünd. 2018,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Ələhi kəndindən 1 km-dək cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin maili yatan vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən  Başkənd  antiklinalının  tağ hissəsində  yerləşir.

Həmçinin bax Almalıdağ Xarxat dağı Keçəltəpə Arısu Güllüdağ Gədikdağ

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları