Paris və Londonda qara qəpiksiz () – Corc Oruellin ilk işi. 1933-cü ildə nəşr olunmuşdur. Yazıçı bu romanında Paris və Londonda səfalətli keçən günlərini təsvir etmişdir.
Məzmun Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış "Paris və Londonda qara qəpiksiz" əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir.
Nəşri 1930-cu ilin oktyabrında tamamlananIntroduction, p.ix Penguin Classics, 2001 edition kitabın ilk versiyası "Qabyuyanın gündəliyi" adlanırdı və sadəcə Paris fəsillərindən ibarət idi. 1931-ci ilin yayında kitabı Jonathan Cape nəşriyyatına təqdim etdi, amma payızda nəşriyyat kitabı rədd etdi.Orwell, Sonia and Angus, Ian (eds.). The Collected Essays, Journalism and Letters of George Orwell Volume 1: An Age Like This (1920–1940) (Penguin) Bir il sonra London fəsillərinin də daxil olduğu kitabı Faber and Faber nəşriyyatına təqdim etdi, lakin kitab yenə rədd edildi.
Sonda Viktor Qollants adlı nəşriyyatçı kitabı nəşr etməyi qəbul etdi və kitabın adının dəyişdirərək "Paris və Londonda qara qəpiksiz" qoydu.Shelden, p. 180. Kitab 9 yanvar 1933-cü ildə nəşr edildi.
İstinadlar
Xarici keçidlər Paris və Londonda qara qəpiksiz Britaniya Kitabxanasında.
Kateqoriya:Corc Oruellin əsərləri Kateqoriya:1933-cü ilin romanları Kateqoriya:Antisemitizm