Zöhrab Əsəd oğlu Məmmədov () — Qubadlı (1980–1985) və Abşeron (1985–1990) rayon Partiya Komitəsinin birinci katibi.

Siyasi-ictimai fəaliyyəti 1972–1975-ci illərdə Azərbaycan SSR Tərtər rayonu Partiya Komitəsinin katibi olmuşdur. 1975–1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəznindəki Ali Partiya məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçı vəzifəsində çalışmışdır.

1979–1985-ci illərdə Qubadlı rayon KP birinci katibi vəzifəsində çalışmışdır 1985–1989-cu illərdə Abşeron rayonu KP birinci katibi vəzifəsində çalışmışdır.

1990–1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur. AR Prezident yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində çalışmışdır. AR Əmlak Komitəsində bir sıra vəzifələrdə çalışmışır.

"Ay-Ata" ASC-nin idarə heyətinin sədri olmuşdur.

24 mart 2021-ci ildə beyin xərçəngindən vəfat etmişdir

İstinadlar

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qubadlı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları