Məmməd Mahmud oğlu Nağıyev () — Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon və Puşkin Rayon Komitəsinin birinci katibi, Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.
Həyatı Məmməd Nağıyev 1939-cu ildə anadan olmuşdur. Əvvəlcə Azərbaycan Kənd Təsərrüfatı İnstitunu, 1967-ci ildə isə Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasını fərqlənmə diplomu ilə qurtarmışdır. 1961-ci ildə sovxozda xronometrajçı və iqtisadçı işləmişdir.
Siyasi fəaliyyəti Məmməd Nağıyev 1966-cı ildən Şamaxı rayon Komsomol Komitəsinin katibi və I katibi seçilmişdir. 1970-ci ildə Şamaxı Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilmişdir.
Məmməd Nağıyev 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir. Daha sonra isə ildə Azərbaycan Kommunist Partiyası Puşkin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1980-cinildə Məmməd Nağıyev Ağsu Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri seçilmişdir.
IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Müstəqillik dövründə Məmməd Nağıyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının Biləsuvar rayon üzrə inspektoru işləmişdir. 1993-cü ildə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsi və 10 il Şamaxı rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi işləmişdir.
Mükafatları 1973-cü ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur.
Mənbə
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Puşkin Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon Komitəsinin ikinci katibləri Kateqoriya:Ağsu Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları