Məcnun heyvanlar arasında — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.
Mövzu Nizaminin "Leyli və Məcnun" poemasında, Leylinin atasının elçilərə etiraz etməsindən sonra, Məcnun insanlardan uzaqlaşaraq səhrada yaşamağa qərar verir. Vaxt keçdikcə o, vəhşi heyvanlarla dostlaşır, dərdlərini onlarla bölüşür.
Təsvir Üslub və dəst-xəttinə görə Ağa Mirəkə aid edilən miniatür, zəngin koloriti, mənzərənin göz oxşayan məziyyəti ilə seçilir. Lakin, bu məziyyət süjetin kədərli səciyyəsi ilə bir yerə sığmır. Miniatürün bütün səthi qayalıq dağlara, Yamaclardan kükrəyən qaynaqlara, ala-bula gövdəli tozağacı və sərv ağaclarına, bəyaz çiçək və kollara qərq olmuşdur. Belə lirik səpkidə verilən mənzərə ağac kölgəsində yatan nakam bir eşq mücəssəməsi və onun iztirabları ilə təzad təşkil edir.
Miniatürün aşağı hissəsində təsvirin aid olduğu səhnədən beytlər yazılmışdır.
İstinadlar
Ədəbiyyat
Həmçinin bax
Kateqoriya:Təbriz miniatür məktəbi Kateqoriya:Ağa Mirək Kateqoriya:Miniatür Kateqoriya:1539-cu ildə yarananlar Kateqoriya:Britaniya Milli Kitabxanasının kolleksiyaları Kateqoriya:Leyli və Məcnun (Nizami)