Yeni Qafqaziya () — Türkiyə Respublikasında yaşayan azərbaycanlı mühacirlər tərəfindən nəşrinə ilk başlanan jurnal.

1923-cü ilin sentyabrın 26-dan İstanbulda M. Ə. Rəsulzadənin təşkilatçılığı ilə nəşrə başlayan “Yeni Qafqaziya” jurnalı Azərbaycan mühacirət mətbuatının ilk nümunəsidir. Jurnal Rəsulzadənin rəhbərliyi ilə nəşr edilsə də bəzi siyasi səbəblərdən jurnalın məsul müdiri Seyid Tahir olmuşdur. Jurnalın illik qiyməti 120 quruş, altı aylığı 60 quruş, xaricdə bir nüsxəsi 5 quruş idi

Haqqında 1923-cü il sentyabrın 26-da İstanbulda yayım həyatına başlayan və “Milli Azərbaycan Hərəkatı"nın nəşr orqanı olan jurnal dörd ilə yaxın fəaliyyətini davam etdirməyi bacarmışdı. Amma bolşeviklərin fəal olduğu bir vaxtda kommunizm əleyhinə jurnal nəşr etmək asan iş deyildi. Bu dövrdə müxtəlif fikirlərə baxmayaraq, 95 nömrəsi nəşr olan jurnal "İcra Vəkilləri" heyəti tərəfindən zərərli nəşrlərdən hesab olunaraq 1927-ci ilin sonu fəaliyyətini dayandırmışdır. 4 illik yayım həyatı dövründə jurnal cəmi 1 dəfə tətil etmişdi. Nəşrə başlamasının 3-cü ilində çapdan çıxan 7-ci nömrəsində yayımladığı bir bildirişdən başa düşülür ki, jurnal 15 dekabr 1925-ci ildə tətil edilmiş, 6 fevral 1926-cı ildə isə yenidən fəaliyyətini davam etdirmişdir. Tirajı haqqında dəqiq məlumat olmayan jurnalın Mirzə Bala Məmmədzadənin yazdığına görə Azərbaycanda da geniş oxucu kütləsi var idi.

Nəşr tarixi üçün ayın birinci və on beşinci günləri əsas götürülsə də, bu tarixlərdə müəyyən dəyişikliklər də olmuşdu. Məsələn, Azərbaycanın 28 may istiqlal və 27 aprel işğal günlərində hazırlanan xüsusi nömrələr bu tarixlərin il dönümlərində nəşr edilirdi. 1927-ci ildə çapdan çıxan 5–6, 8–9 və 11–12-ci nömrələri cüt formada dərc olunmuşdu. Daha çox yaşıl və çəhrayı, bəzən sarı və mavi rənglərdə olan zərif karton üzlü “Yeni Qafqaziya” jurnalı xüsusi buraxılışlarda ağ fonda Azərbaycan bayrağının yerləşdiyi fərqli üzlüklə buraxılırdı. “Yeni Qafqaziya”nın hər nömrəsinin ilk səhifəsinin yuxarı hissəsində son sayıya qədər öz formasını saxlayan başlıq bölməsi var. “Yeni Qafqaziya ədəbi, ictimai və siyasi məcmuə kimi hər iki həftədən bir nəşr olunur” ifadəsi bu bölmənin əvvəlində yazılmışdı. Hər səhifə iki sütundan ibarətidi. Jurnalın 4-cü ilinin 16-cı və 17-ci nömrələri Nəcm-i İstiklal mətbəəsində, qalan bütün nömrələri isə Amedi mətbəəsində çap olunmuşdur.

Hər nömrənin daxili üz qabığında tarix Hicri və Rumi, 1925-ci ildən sonra isə Hicri və Miladi təqvimi ilə yazılmışdı. Bundan əlavə, hər bir nüsxənin neçənci ilin hansı nömrəsi olması başlıq bölməsində göstərilirdi. Abunəlik şərtləri və qiymət də başlıq bölməsi daxilində hər nömrədə eyni yerdə yazılmışdı. Jurnalın buraxılışları hər il yenidən nömrələnirdi. Yeni Qafqaziyanın yaranma tarixi hicri tarixi ilə 9 Səfər 1341-ci il olaraq yanlış verilmişdir. 26 sentyabr (1339) 1923-cü il Rumi tarixinin hicri qarşılığı 14 Səfər 1342 olmalıdır. Üz qabığı ilə birlikdə 18 səhifə həcmində olan jurnalın ölçüsü 20,5 X 28 sm idi.

Jurnalın məqsədi M. Ə. Rəsulzadə mətbuat orqanlarının əsas proqram istiqamətlərini belə ümumiləşdirirdi:

1. Milli dövlət ideyalarının təbliği və bərpası uğrunda mübarizə.

2. Bolşevizmin tənqidi, Sovet hökumətinin müstəmləkə formalı siyasətinin ifşası.

3. Ölkənin rus bolşevik işğalında qalan gündəlik, ictimai-siyasi fəaliyyətinin təhlili və dəyişən vəziyyətə uyğun mübarizə şüarlarını müəyyən edən təkliflərin irəli sürülməsi.

4. Milli-inqilabi siyasət ruhunda olan radikal siyasi dünyagörüşünün inkişafı və yayılması.

5. Sovet mətbuatının tənqidi və onunla polemika.

Jurnalın ilk sayında M. Ə. Rəsulzadənin “Atəş çalan Prometey” (Proqram məqaləsi əvəzinə) yazısı çap olunmuşdu. Bu məqalədə Prometey vasitəsilə Azərbaycan türklərinin Sovet Rusiyasına qarşı müqaviməti simvollaşdırılır:

İlk sayıdakı bu məqalə proqram mahiyyəti daşıyırdı. Daha sonra jurnalın nəşrinin 3-cü ilinin ilk nömrəsində "nəşriyyatın ümumi proqramı“ adlı başlıqla "Yeni Qafqaziya”nın aşağıdakı maddələrdən ibarət olan proqramı açıqlanmışdır:

“Yeni Qafqaziya” Azərbaycanın istiqlal mübarizəsini mühacirətdə davam etdirən rəsmi təbliğat vasitəsi idi. Onun əsas qayəsi də milliyyət və istiqlal qayəsi idi, Azərbaycanın istiqlalı idi. “Yeni Qafqaziya” jurnalı Azərbaycan istiqlalının əsasını “Azəri Türkünün Rus çarizminə qarşı davam etdirdiyi milli mədəniyyət uğrundakı mücadilədə görür”, bütün çətinliklərə baxmayaraq bu mücadilənin davam etdiyini vurğulayırdı.

Jurnalda nəşr edilən digər məqalədə isə milli istiqlal ideyalarının bütün çətinliklərə baxmayaraq parçalayacağı, böyüyəcəyi, yüksələcəyi göstərilirdi.

Yazar heyəti Jurnalın yazar heyəti haqqında tam fikir söyləmək mümkün deyil. Buna səbəb jurnalda 139 müxtləif imzanın olmağı idi. Bunlar aşağıdakılardır:

A.B, L.A, Cavad, A. Çəlik, A. Həmdi, A. Battal, A.K, A. Qurbanqulu, Abdullah Battal, Abdullah Cövdət, Əbdülqədir.F.S, Əbdülqədir, Acaralı, Əhməd Naim, Əhməd Zəki Vəlidi, Akşəhərli, Əli Mənsur, Əli Mərdan, Əli Usta, Avropada məskun bir azərbaycanlı, Ayaz İsaki, Ayın Kaf, Azərbaycanlı Əli Əsfər, Azərbaycanlı Əli Kamal, Azərbaycanlı Fuad, Azərbaycanlı Gültəkin, Azərbaycanlı Kamal, Fəthəlqədir Süleyman, Bay Qara, Cəfər Sadiq, Cəfər Seyidəhməd, D.Ş, Dəmir Daş, Dəmirçi oğlu, Həkim Abdullah Cövdət, Dur-Əndiş. E, E.A, Şeyxülislamzadə, Almas İldırım, Ərdoğan, Falih Rıfqı, Gəncəli, Gənc Azəri, Gülsərən, Gültəkin, Gürcü, H, Xəlil Xas Məmməd, Hüseyn Cavid, Hüseynzadə Qara, İslahçı, İdil oğlu, İsmayıl Zühri, K.K , K.T,m Qafqazlı, Qarabağlı Sinan, Kazanlı, Kazanlı.A, Battal, Kazım, Kamal, qurban Qulu, M., M.B, M.Qərib, M.M.B, Mirzə Bala, M.S.Sinan, Mahmud Fuad Toktar, Mahmud Fuad, Monastrlı Bahəddin, Mehmet Əli Salih, Məmməd Əmin Rəsulzadə, Mehmet Fuad Toktar, Mirzə Bala Məmmədzadə, Mirzə Məmmədzadə, Milli, Mim Əlif, Mim Qərib, Mim, Mir Yaqub Mihriyev, Mirzə Bala, Mirzə, Məhəmməd Əli Salih, Müxbir, Musavatçı, Mustafa Çokayoğlu, Mustafa, Müzəffər Şərif,N., Nəfiə Şükrü, Necati, Ozan, P., Rusiyalı bir müsəlman mühacir, S., Sənan, Sədri Maqsudi, S.Sənan, Suud Səfvət, Ş.E, Ş.M, Ş., Şafi, Şahin, Şük., T.E, Daşdəmir, Tin, Turan, Türküstanlı Əhməd Naim, Türküstanlı Özbək, Türküstanlı Türkmən, Uran, Yaqub Qədri və s.

Bu imzaların kimə aid olduğunu müəyyən etmək çətindir. Yuxarıdakı imzalardan da göründüyü kimi, bəzi müəlliflər birdən çox təxəllüsdən istifadə etmişlər. Bu təxəllüslərin kimə aid olması ilə bağlı dəqiq nəticəyə gəlmək çətin olsa da, bəziləri müəyyən edilmişdir. Söyləmək olar ki, “Yeni Qafqaziya”ın yazar heyəti yuxarıda qeyd etdiyimiz 139 imzadan xeyli azdır; lakin bununla bağlı dəqiq rəqəm göstərmək mümkün deyil. Bunlardan başqa jurnalda 374 imzasız məqalə çap olunmuşdur. left|thumb|390x390px|"Gültəkin" imzası ilə şeirlər çap edən Əmin Abid Yuxarıdakı imza və təxəllüslərdən belə anlaşılır ki, "Yeni Qafqaziya" jurnalının yazarları öz adlarını gizlətməyi üstün tutmuşdular. Buna səbəb şüphəsiz ki, Sovet Rusiyasına qarşı məqalələrin çap olunması idi. Jurnalın nəşrini bolşeviklər çox yaxından izləyirdilər. Lakin buna baxmayaraq adını gizlətməyən və açıq imza ilə yazan yazıçılar da varidi. Bu şəxslərdən bəziləri türk dünyasının tanınan insanları idi. Məhəmməd Əmin Rəsulzadə, Ə.Zəki Vəlidi, Ayaz İsaki, Mehmet Fuad Toktar, Sədri Məqsudi, Yusif Akçura, Cəfər Seyidəhməd Krımər, Abdullah Battal, Əhməd Cavad və s kimi yazıçı və şairlər türk dünyasının yaxından tanıdığı ziyalı və sənət adamlarıidi. Jurnalın əsas yükünü Rəsulzadə ilə birlikdə Azərbaycan millətçiləri daşıyırdı. Rəsulzadə jurnalın həm sahibi həm də baş redaktoru idi. İlk nömrələrdə adını gizlədən Rəsulzadə daha sonra açıq imza ilə yazılar yazmışdır. Ancaq Rəsulzadənin jurnal üçün neçə məqalə yazdığı məlum deyil. Bu mövzuda Səbahattin Şimşir "Azərbaycan İstiqlal Mübarizəsi" adlı kitabında yazır: " “Yeni Qafqaziya" jurnalında Məhəmməd Əmin Resulzadəyə aid olduğunu düşündüyümüz təxminən 215 imzalı və imzasız məqalə var, Tədqiqatlarımıza görə, müəllif Rəsulzadə Məhəmməd Əmin, Məhəmməd Əmin Resulzadə, Resulzadə.M. Ə. və Mim Elif imzaları ilə ümumilikdə 42 məqalə yazıb. Belə hesab edirik ki, imzasız yazılar üçün dəqiq rəqəm demək olmaz. Bununla belə, təxmin edirik ki, jurnalın imzasız məqalələrinin demək olar ki, hamısı Rəsulzadəyə aiddir."

Rəsulzadə bu yazılarında ümumən siyasi məsələlərə toxunmuş, kommunizmi tənqid etmişdir. Müəllifin əsas mövzusu millətçilikdir. Onun kommunizmin elmi tənqidi olan “İnqilabçı sosializmin iflası” kimi silsilə məqalələri də kitab şəklində nəşr edilmişdir. Müəllifin digər silsilə məqaləsi isə “Milliyət Məbdəsinin Avropada Zəfəri” adlı məqalədir. Müəllif bu məqalələrində kommunizmin Avropada yaşamaq şansı tapa bilmədiyi və millətləri yaşadan əsas dəyərin millətçilik olduğu fikrini müdafiə etmişdir.

Jurnalda ən çox məqalə yazan yazıçılardan biri də Mirzə Bala Məmmədzadədir. O, Məmmədzadə Mirzə Bala, M.Mirzə Bala, Daşdəmir, M.M.B və M.B imzaları ilə 70 məqalə yazmışdır. Mirzə Balanın "Vətən qaldı", "On dəfə öldürülən", "İldırım" adlı 3 hekayənin də müəllifidir. Mirzə Bala bir çox siyasi xarakterli silsilə məqalələrlə yanaşı, Azərbaycan ədəbiyyatı haqqında da məqalələr yazmışdır. Mirzə Baladan sonra yazısı çox olan daha bir imza "Azəri" dir. Azəri "Yeni Qafqaziya" da əsasən siyasi olmaqla 52 məqalə yazıb. Bu yazıların mövzusu adətən Azərbaycan olurdu və bolşeviklərə qarşı ən şiddətli hücum da bu məqalələrdə öz ifadəsini tapırdı. Bu imzanın kimə məxsus olduğu müəyyən edilməyib. Jurnal üçün əvvəldən axıra qədər yazması və bolşeviklərin Azərbaycanla bağlı siyasətini yaxşı bilməsi "Azəri"nin Rəsulzadəyə yaxın bir şəxs olduğunu söyləmək mümkündür. Müəllif "Yeni Qafqaziya"nın davamçıları olan “Azəri Türk”, “Odlu Yurd”, “Qurtuluş” kimi jurnal və qəzetlərdə də məqalələr yazmışdır.

Azərbaycanlı yazıçılarından başqa, “Yeni Qafqaziya” jurnalında ən çox yazan şəxs Kazanlı Abdulla Battaldır (Taymas). Müəllif Abdullah Battal, A. Battal, Kazanlı və Kazanlı Abdullah Battal imzaları ilə tənqiddən tərcümeyi-hala, ədəbiyyatdan mədəniyyətə qədər müxtəlif mövzularda ümumilikdə 16 məqalə dərc etdirib. Adətən uzun olan bu məqalələr elmi yanaşma ilə yazılmışdır.

Jurnalda dərc olunan 49 şeirdən 6-sı imzasızdır. Digər 43 şeir isə şairlər Gültəkin, Əhməd Cavad, Əli Usta, Azəri-zadə, B..., Almas İldırım, Gülsərən, Hüseyn Cavid, Nafia Şükrü, Sinan və Suut Saffetə məxsusdur. Jurnalda Əhməd Cavadın altı şeiri çap olunmuşdur və Gültəkindən sonra jurnalda ən çox şeiri çap olunan şəxsdir. Jurnalın baş şairi Gültəkindir. Gültəkinin 21 şeiri çap olunub. Bu şeirlərdə vətən və millət sevgisi, qəhrəmanlıq, mərdlik kimi mövzulara toxunulurdu. Bəzilərində bolşevik rus işğalı şiddətlə tənqid olunmuşdur. Mirzə Balanın “Yeni Qafqaziya” jurnalında “istiqlal odunun şairi” adlandırdığı Gültəkinin əsl adı Əmin Abiddir. Əmin Abid 1920-ci ildə İstanbula gələrək burada ədəbiyyat fakültəsində təhsil almışdır. Tələbəlik illərində Gültəkin təxəllüsü ilə vətən və istiqlal mövzularından bəhs edən şeirlər yazan şairin İstanbulda “Buzlu cəhənnəm” adlı şeir kitabı da nəşr olunmuşdur. Şairin İstanbul Türkşünaslıq İnstitutunda Azərbaycan ədəbiyyatı tarixi üzrə dissertasiya işi də var. 1927-ci ildə Bakıya qayıdan Əmin Abid Mirzə Fətəli Axundzadənin əsərlərini nəşrə hazırlamış, Bakıda Azərbaycan ədəbiyyatı haqqında çoxlu məqalələr dərc etdirmişdir. Əmin Abid şeirlərini Türkiyə türkcəsində yazmışdır.

Nəşr siyasəti