Maksim Qorki (, əsl adı Aleksey Maksimoviç Peşkov (; ) — rus və sovet yazıçısı, dramaturqu, klassik dramaturq xadim və publisist. Qorki SSRİ-də ən çox nəşr olunan sovet yazıçısı idi: 1918-1986-cı illərdə 3556 nəşrin ümumi tirajı 242,621 milyon nüsxə təşkil etmişdir. Bütün rus yazıçıları nəzərə alınarsa, Qorki sadəcə Lev Tolstoy və Aleksandr Puşkindən geri qalır. Qorkinin tam əsərləri 60 cilddən ibarətdir: bədii ədəbiyyatı 1968-1973-cü illərdə, publisistikası 1985-ci ildən sonra nəşr olunub və məktubları hələ tam çap olunmayıb. 1932-1990-cı illərdə onun doğulduğu şəhər Nijni Novqorod Qorkinin adını daşıyırdı. M.Qorki təxəllüsü-fenonimi ilk dəfə 1892-ci il sentyabrın 12-də Tiflisdə çıxan “Qafqaz” qəzetində “Makar Çudra” hekayəsinin başlığında yer almışdır. Həyatı Aleksey Maksimoviç Peşkov 1868-ci il martın 16-da (28) Nijni Novqorodda, babası, boyama emalatxanasının sahibi Vasili Vasilyeviç Kaşirinə (1807-1887) məxsus olan Kovalixinskaya küçəsindəki daş bünövrə üzərində taxta evdə anadan olmuşdur. Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. Alekseyin anası ona oxumağı, babası Kaşirin isə kilsə savadının əsaslarını öyrədirdi. Qısa müddət kilsə məktəbində oxudu, sonra çiçək xəstəliyinə tutuldu və məktəbi tərk etmək məcburiyyətində qaldı. Daha sonra anası və ögey atası ilə birlikdə yaşadığı Kanavinoda iki illik ibtidai məktəbi bitirdi. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar. 1884-cü ildə Aleksey Peşkov Kazana gəldi və Kazan Universitetinə daxil olmaq istəsə də, uğursuz oldu. İlk gənclik illərini Kazanda keçirən Qorki, 1887-ci ilin dekabr ayında hətta intihara cəhd edir. O, ov tüfəngi ilə özünü ağ ciyərindən vurub və mühafizəçi polis Peşkovu rayon xəstəxanasına aparıb və orada uğurlu əməliyyat olunub. Yara ölümcül deyildi, lakin ömürlük nəfəs yolu xəstəliyinə səbəb oldu.Sonrakı 5 il boyunca müxtəlif işlərdə çalışaraq, daha sonra yazılarında istifadə edəcəyi bir çox təəssüratı əldə etdiyi böyük Rusiya səyahətinə çıxır. Gənclik ili 1884-cü ildə Aleksey Peşkov Kazana gəldi və Kazan Universitetinə daxil olmağa cəhd etdi, lakin uğursuz oldu. Həmin il universitetin nizamnaməsi ilə kasıb təbəqələrdən qəbul olunanların sayı kəskin şəkildə azaldılmışdı, üstəlik Peşkovun orta təhsil haqqında attestatı da yox idi. O, pristanda işləyir və burada inqilabçı ruhlu gənclərin yığıncaqlarına qatılmağa başlayır. Marksist ədəbiyyat və təşviqat işi ilə tanış olur. 1885—1886-cı illərdə V. Semyonovun çörəkbişirmə və suxari zavodunda işləyir. 1887-ci ildə isə xalqçı Andrey Stepanoviç Derenkovun (1858—1953) çörəkxanasında çalışır. Bu müəssisənin gəliri Kazandakı xalqçılar hərəkatının gizli maarifçilik dərnəklərinin maliyyələşməsinə yönəldilirdi. Həmin il Peşkov həm nənəsini, həm də babasını itirir: A. İ. Kaşirina 16 fevralda, V. V. Kaşirin isə 1 mayda vəfat edir.
1887-ci il dekabrın 12-də Kazanda, Kazanka çayının sahilində, Troitse-Feodorovski monastırının hasarından kənarda, 19 yaşlı Peşkov gənclik depressiyası tutması ilə intihara cəhd edir – özü ilə götürdüyü tüfəngdən ağciyərinə atəş açır. Güllə bədəndə ilişib qalır və yaxınlıqda olan gözətçi dərhal polis çağırır. Peşkov zemstvo xəstəxanasına çatdırılır və uğurlu əməliyyat olunur. Yarası ölümcül olmasa da, uzunmüddətli ağciyər xəstəliyinin başlanğıcına səbəb olur. Bir neçə gündən sonra Peşkov xəstəxanada ikinci dəfə intihara cəhd edir – tibb professoru N. İ. Studenski ilə mübahisə zamanı ordinatoriyada böyük şüşə xloral hidratı götürərək bir neçə qurtum içir. O, yenidən xilas edilir və mədəsi yuyulur. “Mənim universitetlərim” povestində Qorki bu hadisəni utanc və özünə qınaqla xatırlayaraq keçmişinin ən ağır səhifəsi adlandırmışdır; o, bu hekayəni “Makarın həyatından bir hadisə” adlı əsərində təsvir etməyə çalışmışdır. İntihar cəhdinə və tövbə etməkdən imtina etdiyinə görə Kazan ruhani konsistoriyası Peşkova dörd il müddətinə kilsədən uzaqlaşdırma cəzası verir.
Psixiatr, professor İ. B. Galantın fikrincə, 1920-ci illərin ortalarında yazıçının şəxsiyyətini və əsərlərinin psixopatoloji əsaslarını araşdırarkən, gənc yaşlarında Aleksey Peşkov psixi cəhətdən qeyri-sabit idi və bundan çox əziyyət çəkirdi. İ.B. Galant məktubunda Qorkiyə onun keçmişində “psixi xəstəliklərin bütöv dəstəsi”nin olduğunu bildirmişdi. Psixiatr M. O. Şaykeviç də 1904-cü ildə oxşar nəticələrə gəlmiş və Qorkinin qəhrəmanlarındakı psixoloji xüsusiyyətlər haqqında “Maksim Qorkinin qəhrəmanlarının psixopatoloji cizgiləri” adlı məqalə yazmışdır. Yaşlı Qorki bu diaqnozları rədd edir, özünü sağalmış psixopat kimi qəbul etmək istəmirdi, lakin tibb araşdırmalarının qarşısını almağa gücü çatmırdı. 1888-ci ilin martında Peşkov inqilabçı M. A. Romasla birlikdə Kazan quberniyasının Sviyajski qəzasının Krasnovidovo kəndinə gəlir. Burada Romasın gizli maarifçilik işi üçün xalqçı İ. P. Çaruşnikov və E. F. Peçorkinin maliyyəsi ilə açılmış kiçik dükanı vardı. Peşkov ilk dəfə N. E. Fedoseevin dərnəyi ilə əlaqəsinə görə həbs olunur və polis nəzarətində yaşayır. Sonralar varlı kəndlilər dükanı yandırırlar və Peşkov bir müddət muzdlu fəhləlik edir. 1888-ci ilin oktyabrında Qryaze—Tsaritsın dəmir yolunun Dobrinka stansiyasında gözətçi kimi işə düzəlir. Bu müddətdə qazandığı təəssüratlar “Keşikçi” və “Darixmaq xatirinə” hekayələrinin əsasını təşkil edir. Daha sonra Xəzər dənizi sahillərinə gedərək balıqçı artelində çalışır. 1889-cu ilin yanvarında şeir formasında yazdığı şəxsi ərizə ilə Borisoqlebsk stansiyasına, sonra isə Krutaya stansiyasına əvəzedici olaraq keçirilir. Burada stansiya rəisinin qızı Mariya Basarqinaya vurulur və onun atasından istəsə də, rədd cavabı alır. On il sonra artıq ailəli yazıçı ona yazdığı məktubda: “Mən hər şeyi xatırlayıram, Mariya Zaxarovna. Yaxşı şeylər unudulmur — həyatda onları unuda biləcək qədər çox deyil...” — deyə yazırdı. Peşkov kəndlilər arasında Tolstoy tipli kənd təsərrüfatı koloniyası yaratmaq istəyirdi, bunun üçün kollektiv məktub tərtib etmişdi və Lev Tolstoyla görüşmək niyyətində idi, lakin Tolstoy qəbul etmir. Peşkov “heyvanlar üçün” yazısı olan yük vaqonunda Nijni Novqoroda qayıdır. 1889—1893-cü illərdə (fasilələrlə) Peşkov vəkil A. İ. Laninin katibi işləyir. 1898-ci ildə Qorki “Oçerklər və hekayələr”in ilk cildini ona ithaf etmiş və “Onun təsiri mənim təhsilimin inkişafında ölçüyəgəlməz dərəcədə böyük oldu” — deyə yazmışdır. thumb|left|Maksim Qorki 1905 1889-cu ilin sonunda – 1890-cı ilin əvvəlində Peşkov Nijni Novqorodda yazıçı V. G. Korolenko ilə tanış olur və ona “Qoca palıdın nəğməsi” poemasını göstərir, lakin Korolenko əsəri kəskin tənqid edir. 1889-cu ilin oktyabrında Peşkov Laninin yanında katib işləyir və həmin ay tələbə hərəkatının Kazanda dağıdılmasının əks-sədası olaraq ilk dəfə həbs edilir. “Korolenkonun vaxtı” oçerkində bu hadisəni təsvir edir. O, tələbə–kimyaçı N. Z. Vasilyevlə dostlaşır və fəlsəfə ilə tanış olur. 1891-ci il aprelin 29-da Peşkov Nijni Novqoroddan “Rusiya boyu” səyahətə çıxır. Volqada, Don boyunda, Ukraynada, Krımda və Qafqazda olur; yolun böyük hissəsini piyada qət edir. Noyabrda Tiflisə gəlir və dəmir yolu emalatxanasında işləyir. 1892-ci ilin yayında Abxaziyada Suxum—Novorossiysk şossesinin tikintisində iştirak edir, sonra qısa müddət Bakıda neft mədənlərində işləyir — bunu həyatı boyu gördüyü ən ağır iş adlandırır. Sonra yenidən Tiflisə qayıdır, zirzəmidə başqa fəhlələrlə birgə yaşayır, müəssisələrdə idarəçilərin özbaşınalığı barədə faktları yazılı şəkildə toplamağı təklif edir. Tiflis tanışları Peşkovun qüvvətli bədən quruluşunu, kobud davranışlarını və yerişini qeyd edirdilər. O, Bayrona təqlid edərək şeirlər yazır və qonşularına “Kain” və “Manfred”dən parçalar əzbər oxuyurdu. Sonralar bu qeydlər əsasında “Qız və ölüm” poemasını yazmışdır.
1892-ci ilə qədər Peşkov artıq yükləyici, dülgər, boyaqçı, çörəkçi, burlak, tikinti fəhləsi, gözətçi, müxbir və başqa peşələrdə işləmişdi. Tiflisdə inqilabçı Aleksandr Kalyujnı ilə tanış olur. Onun təkidi ilə Keşkov başına gələn hadisələri qələmə almağa başlayır. “Makar Çudra”nın əlyazması hazır olanda Kalyujnı jurnalist Vladimir Tsvetnitskinin köməyi ilə hekayəni “Kavkaz” qəzetində nəşr etdirir. Nəşr 12 sentyabr 1892-ci ildə çıxır və imza — “M. Qorki” olur. Bu təxəllüsü Peşkov özü seçmişdi. O deyirdi: “Axı ədəbiyyatda Peşkov yazmaq olmazdı...”. Həmin ilin oktyabrında Peşkov Nijni Novqoroda qayıdır. 1893-cü ildə gənc yazıçı “Volqar” və “Voljski vestnik” qəzetlərində bir neçə hekayə dərc etdirir. Onun ədəbi müəllimi Korolenko olur. Həmin il 25 yaşlı Peşkov ilk, nikah qeydiyyatı olmayan evliliyini Qorkinin sonralar “Birinci sevgi haqqında” (1922) hekayəsində təsvir edəcəyi mama-ginekoloq Olqa Kamenskaya ilə bağlayır. Onlar 1889-cu ildən tanış idilər, Kamenskaya ondan 9 yaş böyük idi və qız övladı vardı. Qorkiyə həmçinin xoş təsir bağışlayan fakt o idi ki, Kamenskayanın anası – yenə mama – vaxtilə onun doğumunda iştirak etmişdi. Qorki Kamenskayaya özünün Heinedən təsirlənərək yazdığı ilk avtobioqrafik məktubunu da həsr etmişdi. Onların münasibəti 1894-cü ildə pozulur: Olqa müəllifin “Staruxa İzergil” novellasını oxuduğu vaxt yuxuya getmişdi və Qorkinin bu onu dərindən incitmişdi. 1894-cü ilin avqustunda Korolenkonun tövsiyəsi ilə Peşkov kontrabanda ilə məşğul olan sərgərdan haqqında “Çelkaş” hekayəsini yazır və “Rusoye boqatstvo” jurnalına təqdim edir. 1895-ci ildə Korolenko ona Samaraya köçməyi məsləhət görür və Peşkov burada peşəkar jurnalist kimi işləməyə başlayır, “Yequdiil Xlamida” təxəllüsü ilə məqalə və felyetonlar dərc etdirir. Təxəllüs istehza ilə seçilmişdi, üslub isə dini ədəbiyyatın yüksək, arxaik nitqinə bənzədilirdi. “Fikirlər və aforizmlər” rubrikası məşhur olur. İki ilə yaxın müddətdə Peşkov Samara qəzetlərində 500-dən çox yazı dərc etdirir. 1895-ci ilin iyununda “Çelkaş” nəhayət çap edilir və Qorkiyə ilk böyük ədəbi şöhrət gətirir.
1895-ci ildə “Samara qəzeti”ndə “Babushka Akulina” oçerki dərc edilir – gələcək “Uşaqlıq” povestinin ilk cizgiləri. 30 avqust 1896-cı ildə Samara Vznesensk kilsəsində Qorki var-yoxdan çıxmış zadəganın qızı, gimnaziyanı yenicə bitirmiş və “Samara qəzeti”nin korrektoru Yekaterina Voljinaya ilə evlənir. Təcrübəli və tanınmış yazıçı onun gözündə “yarı ilahi” bir şəxs kimi görünürdü. Qorki isə nişanlısına o qədər də böyük sevgi və diqqət göstərmirdi. 1896-cı ildə xəstəliyi ağırlaşır və o, bronxitdən sətəlcəmə keçirir. 1897-ci ilin yanvarında ona ilk dəfə vərəm diaqnozu qoyulur. Qorki Krımda müalicə alır, sonra arvadıyla birlikdə Poltava yaxınlığında kənddə sağalır, burada ukrayn dilini də öyrənməyə başlayır. 21 iyul 1897-ci ildə burada onların ilk övladı – Maksim dünyaya gəlir. 1896-cı ildə Qorki Nijni Novqorod yarmarkasında Şarl Omonun kafşantanında “Sinematoqraf” aparatının ilk kino nümayişi haqqında rəy yazır. 1897-ci ildə Qorki “Rus fikri”, “Yeni söz” və “Şimal poçtası” jurnallarında əsərlər dərc etdirir. “Konovalov”, “Zazubrina”, “Qoltvada yarmarka”, “Orlovlar”, “Malva”, “Keçmiş adamlar” və digər hekayələri çap olunur. Həmin ilin oktyabrında yazıçı öz ilk böyük əsəri – “Foma Gordeyev” romanı üzərində işləməyə başlayır. Ailə thumb|left|Qorkinin həyat yoldaşı, Moskva İncəsənət Teatrının aktrisası Mariya Andreeva 1896-cı il avqustun 30-da Samara şəhərinin Voznesenski kilsəsində Maksim Qorki müflisləşmiş torpaq sahibinin (sonradan idarəçi olmuş) qızı, keçmişdə gimnazistka, “Samara qəzeti”nin korrektoru Yekaterina Voljina ilə (özündən 8 yaş kiçik) kilsə nikahına girdi. Həyatda çox şey görmüş və artıq kifayət qədər məşhur olan yazıçı korrektura şöbəsinin işçisinə “yarıtanrı” kimi görünürdü.