Viktor Nikolayeviç Bondarev (; d. 7 dekabr 1959, Voronej, SSRİ) Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 1 avqust 2015-ci il tarixindən etibarən Rusiya Aerokosmik Qüvvələrinin Komandanıdır. Bu vəzifəyə təyin olunmazdan əvvəl Rusiya Hərbi Hava Qüvvələrinin Komandanı olmuşdur.

Həyatı Bondarevin hərbi karyerası 1977-ci ildə Sovet Hərbi Hava Qüvvələrinə qoşulduqdan sonra başlamışdır. O, 1981-ci ilə qədər Borisoqlebsk şəhərində yerləşən Boris Aviasiya Təlim Mərkəzində, 1992-ci ilə qədər isə Qaqarin Hərbi Hava Qüvvələri Akademiyasında təhsil almışdır. 2004-cü ildə General heyəti üçün Hərbi Akademiyanı bitirmişdir.

O, Boris Aviasiya Təlim Mərkəzində eskadrilya komandiri təyin olunmazdan əvvəl, Hücum Aviasiyası Alayında xidmət etmiş və Sovet hərbi qüvvələrinin tərkibində Əfqanıstan müharibəsində iştirak etmişdir. Voronej vilayətinin Buturlinovka şəhərində yerləşən 899-cu Döyüş Aviasiyası Alayının komandiri vəzifəsinə yüksələn Bondarev bu alayın tərkibində Çeçen-Rus müharibələrində iştirak etmişdir. 2006-cı ilin mayından etibarən 14-cü Ordunun Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunlarında komandir müavini, 2008-ci ilin iyun ayında isə həmin hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur.

Bondarev 2011-ci ilin iyul ayında Rusiya HHQ-nin komandir müavini təyin olunmuşdur.

21 aprel 2000-ci ildə iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi şücaətə görə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Həmçinin bax Rusiya Silahlı Qüvvələri Rusiya Hərbi Hava Qüvvələri

İstinadlar

Xarici keçidlər

Бондарев Виктор Николаевич на сайте Минобороны России.

Kateqoriya:Rusiya Silahlı Qüvvələri Kateqoriya:Rusiya Federasiyasının qəhrəmanları Kateqoriya:Birinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:İkinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:SSRİ şəxsləri Kateqoriya:Texnika elmləri namizədləri Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları