Gürcüstan Hərbi Hava Qüvvələri (, sak’art’velos sahaero dzalebi) 1991-ci ildən 2010-cu ilə qədər Gürcüstan Silahlı Qüvvələrinin tərkib hissəsi olmuşdur. 2009-cu ilin sentyabr ayına olan məlumata görə, HHQ-də 2,971 nəfər hərbi və mülki qulluqçu fəaliyyət göstərirdi.Defence Today 27: 1. September 2009 .

Tarix Gürcüstan Hərbi Hava və Hava Hücumundan Müdafiə Diviziyası 1 yanvar 1992-ci ildə qurulmuşdur. 18 avqust 1998-ci ildə iki diviziya birləşmiş və vahid Gürcüstan HHQ yaranmışdır.

İlk döyüş uçuşu Abxaziya müharibəsi (1992-1993) zamanı 19 sentyabr 1992-ci ildə İzani Tsertsvadze və Valeri Nakopiya tərəfindən həyata keçirilmişdir. Bu tarix sonradan Gürcüstan HHQ günü kimi qeyd edilirdi. 2008-ci ilin avqustunda Rusiya ilə müharibənin ilk günlərində aktiv istifadə olunmasına baxmayaraq, sonradan Rusiya hava üstünlüyünü ələ keçirmişdir. Bu müharibə ərzində rus mənbələrinə əsasən Gürcüstan HHQ-nə məxsus üç ədəd Su-25 və iki ədəd L-29 vurulmuşdur. Gürcüstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, döyüşlər zamanı 5 nəfər HHQ əməkdaşı həlak olmuşdur.

2010-cu ildə Gürcüstan HHQ yenidən təşkil olundu. Bunun nəticəsində Hava Qüvvələri ayrıca bir vahid kimi ləğv olunmuş və Hərbi Hava və Hava Hücumundan Müdafiə briqadaları adı ilə Quru Qoşunlarına birləşdirilmişdir.Structure of Land Forces . Ministry of Defense of Georgia.

Vəzifə və məqsədləri thumb|right|Gürcü HHQ-nə məxsus Mi-8 helikopteri Gürcüstan HHQ-nin əsas vəzifələri aşağıdakılardır: Tabelikdə olan birliklərin döyüşə hazır və mobil vəziyyətdə saxlanması Suveren Gürcüstan ərazisinin və hava məkanının təhlükəsizliyini təmin etmək Hava terrorizminə qarşı mübarizə aparmaq Quruda və dənizdə istənilən döyüş tapşırığını yerinə yetirmək Hava hücumundan müdafiənin təşkili Düşmənin cəbhə xəttində və taktiki dərinlikdə yerləşən hədəflərinin məhv edilməsi Çoxmillətli və kollektiv təlimlərdə iştirak etmək Funksiyaları: Qoşunların və yüklərin daşınması Vurulmuş təyyarənin və pilotların axtarış və xilasetmə əməliyyatlarında iştirak etmək Tibbi təxliyə əməliyyatları Rəhbərliyi düşmən hücumu barədə məlumatlandırmaq Hava kəşfiyyatı Əsas iki aerodrom Tiflisdə və Marneulidə yerləşir.

Təchizatı thumb|right| Gürcü Mi-24 döyüş helikopteri thumb|right| Gürcü Su-25 qırıcısı Uçuş avadanlığıİstehsalçı ölkəNövüVariantıSayıƏlavə məlumat Döyüş təyyarəsi Su-25 hücumçu-bombardmançı 11 Nəqliyyat An-28 / nəqliyyat 2 Helikopter Mi-8 / hərbi-nəqliyyat Mi-8/171 15 Mi-14 axtarış/xilasetmə 2 Mi-24 / döyüş helikopteri 9 Bell UH-1 hərbi-nəqliyyat UH-1H 12 Təlim təyyarəsi L-39 təlim/döyüş 4 L-29 təlim/döyüş 4

Həmçinin bax Gürcüstan Silahlı Qüvvələri Rusiya-Gürcüstan müharibəsi

İstinadlar

Xarici keçidlər

Фотографии летательных аппаратов ВВС Грузии История опознавательных знаков ВВС Грузии

Kateqoriya:Gürcüstan Silahlı Qüvvələri