Kaleida – 2013-cü ildə İngiltərənin paytaxtı Londonda qurulmuş elektropop musiqi qrupu. Qrup 2015-ci ildə debüt EP-i olan "Think"-i buraxmışdır. Qrup cəmi iki nəfərdən ibarətdir: vokalist Kristina Vud və keyboardist Siseli Qoulder. 2014-cü ildə qrupun "Think" adlı treki "Con Uik" filminin saundtrekinə daxil edilmişdir.

Tarix

2013–2015 Vud və Siseli ortaq dost tərəfindən e-mail vasitəsilə bir-biriləri ilə tanış olmuşdurlar və 2013-cü ildə qrupu qurmağa qərar vermişdirlər. Bu zaman Vud Kalimantan meşələrində işləyirdi, Qoulder isə film sənayesində idi. 2013-cü ildən 2014-cü ilə kimi qrup "Think" və "Tropea" mahnılarının demo versiyalarını buraxmışdır. Daha sonra isə video buraxmışdırlar. 19 dekabr 2014-cü ildə Lex Records qrupla əməkdaşlıq edəcəyini anons etmişdir. 6 aprel 2015-ci ildə qrup debüt EP-i olan "Think"-i buraxmışdır. 2014-cü ildə qrupun "Think" adlı sinqlı "Con Uik" filmində səsləndirildikdən sonra qrup böyük məşhurluq əldə etmişdir. Mahnının minimalist strukturu döyüş səhnələri ilə yaxşı uyğunlaşırdı.

2015–hazırda 2015-ci ildə Ground Sounds-a verdiyi müsahibədə Kaleida bildirmişdir ki, Roşin Mörfi ilə baş tutan Avropa turundan sonra qrup debüt albomu üzərində işləyəcək. 3 noyabr 2015-ci ildə qrup yeni sinqlı "Detune"-u buraxmışdır. "It's Not Right" adlı yeni sinql 24 fevral 2016-cı ildə, "Detune" adlı ikinci EP 26 fevral 2016-cı ildə buraxılmışdır. Qrupun debüt albomu "Tear the Roots" 2017-ci ilin sentyabrında buraxılmışdır. 2020-ci ilin avqustunda "Odyssey" adlı ikinci albomu yayımlanmışdır.

Üzvlər Kristina Vud – vokallar (2013–hazırda) Siseli Qoulder – sintezator, prodüser (2013–hazırda)

Diskoqrafiya EP-lər Think (Lex Records, 2015) Detune (Lex Records, 2016)

Sinqllar Think (2013) Tropea (2013) Picture You (2014) Aliaa (2015) Detune (2015) It's Not Right (2016) 99 Luftballons (2017) Saundtreklərdə peyda olma Con Uik — "Think" (2014) Sarışın bomba — "99 Luftballoons" (2017)

Videoqrafiya Think (2013) Tropea (2015) Aliaa (2015)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2013-cü ildə yaranan musiqi qrupları Kateqoriya:İngiltərə musiqi qrupları Kateqoriya:Musiqi duetləri Kateqoriya:Elektronik musiqi qrupları