Azərbaycan Dövlət Yuğ Teatrı — 1989-cu ildə yaradılmış Azərbaycan teatrı.
Tarixi Azərbaycan Dövlət Yuğ Teatrının əsası 18 oktyabr 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulmuşdur. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olmuşdur. 2007–2017-ci illərdə teatrın direktoru Tərlan Rəsulov olmuşdur. 2017–2018-ci illərdə Rəşad Əhmədzadə teatrın direktoru vəzifəsini müvəqqəti icra edib. 2018-ci ildən İslam Həsənov teatrın direktorudur.
Yuğ teatrının yerləşdiyi bina tarixi əhəmiyyət daşıyır. Belə ki, binanın əsası 1888-ci ildə qoyulub. İstifadəyə verildiyi ilk dövrdə Hacı Fərəculla hamamı kimi fəaliyyət göstərmişdir.
Yaradıcı Heyəti Vidadi Həsənov (Xalq artisti) Məmməd Səfa (Xalq Artisti) Fərhad İsrafilov (Əməkdar Artist) Sonaxanım Mikayılova (Əməkdar Artist) Gülzar Qurbanova (Əməkdar Artist) Qasım Nağı (Əməkdar Artist)
İstinadlar
Xarici keçidlər "Yuğ"un gələcək aqibəti — Vaqif İbrahimoğlu yenə "Yuğ"da "yaşayacaqmı?"
Həmçinin bax Azərbaycan teatrlarının siyahısı
Kateqoriya:Bakı teatrları Kateqoriya:Azərbaycan teatrları Kateqoriya:18 oktyabrda yarananlar Kateqoriya:1989-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Bakının görməli yerləri