"Kazan Vertolyot Zavodu" (tam adı "Kazan Vertolyot Zavodu" Açıq Səhmdar Cəmiyyəti) — Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində fəaliyyət göstərən istehsalat müəssisəsi.

Tarixi Zavod 1940-cı ildən fəaliyyət göstərirİlham Əliyev “Kazan Vertolyot Zavodu” ASC ilə tanış olmuşdur . president.az, 24.06.2011 .

Fəaliyyəti Burada müxtəlif təyinatlı, o cümlədən səhiyyədə, idman yarışlarında, mülki aviasiyada, yükdaşımada, eləcə də müdafiə sahəsində istifadə olunan vertolyotlar, "KamAZ" avtotexnikası, avtobuslar və s. istehsal edilir.

Zavodun istehsal etdiyi məşhur Mi-17, Mi-38, müasir tipli "Aktay", "Kazan", "Ansat", "Ansat-U" vertolyotların əsas xüsusiyyətləri yüksək etibarlılıq və təhlükəsizlikdir.

Rəhbərləri İ.V.Fedin (1941—45) M.P.Semyonov (1945—48) V.P.Maksimov (1948—61) F.S.Aristov (1961—75) V.Y.Bivoyno (1975—83) A.P.Lavrentyev (1984—2007) V.A.Liqay (2007-ci ildən)

Rəsmi qonaqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun müşayiəti ilə 24 iyun 2011-ci ildə "Kazan Vertolyot Zavodu" ASC ilə tanış olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1940-cı ildə yarananlar Kateqoriya:Tatarıstan iqtisadiyyatı Kateqoriya:Kazan şirkətləri Kateqoriya:Kazan təşkilatları Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:Rusiya brendləri Kateqoriya:SSRİ brendləri Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilən təşkilatlar