Adil Bağırov () — görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti (2006), Ə. Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəri (1976-cı ildən).xalq çalğı alətləri ansamblının inkişafında Əhməd Bakıxanov və Əhsən Dadaşovun rolu .konservatoriya.az,
Həyatı Bağırov Adil Kamil oğlu 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanın xalq artisti (2006). Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə təhsil almış, müəllimləri Mirzə Mansur Mansurov, Səid Rüstəmov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən S. Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solistidir. Həmin ildən Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının üzvü, 1976-cı ildən Ə. Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəridir. Ansamblla birgə respublikanın mədəni həyatında yaxından iştirak edir. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Solist tarzən kimi və muğam üçlüyündə də fəaliyyət göstərir. AzTV-nin Fondunda "Bayatı-Şiraz", "Rast", "Segah" muğamlarının səsyazıları saxlanılır.Adil Kamil oğlu (13.05.1937, Bakı) .mugam.musigi-dunya.az,
2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət TV, Azərbaycan radiosu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Adil Bağırovun 80 illik yubileyi və 60 illik sənət fəaliyyətinə həsr olunmuş konsert keçirilib.Bağırovun 80 illik yubileyinə həsr olunmuş gecə .www.youtube.com,
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 9 dekabr 1982Azərbaycan SSR Dövlət Televiziya və Radio Verlişləri Komitəsi Xalq Çalğı Alətləri Orkestırının İşçilərinə Azərbaycan SSR Fəxri Adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 9 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 4 noyabr 2006Respublikasının Televiziya və Radio işlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . Azertag.az, 04.11.2006 "Şöhrət" ordeni — 7 noyabr 2016Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı — anl.az saytı
İstinadlar
Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri