Yanaul rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Yanaul kəndidir. Coğrafi yerləşməsi Başqırdıstanın şimal-qərbində yerləşir. Qərbdən Udmurdiya, şimaldan isə Perm diyarı ilə sərhəddə malikdir. İqlimi mülayim kontinentaldır. İsti və bir az quraqdır. Ərazisindən Buy çayı axır. Çay üzərində Karmanov SES vardır. Boz meşə torpaqlarına sahibdir. Sıxiynəyarpaqlı, seyrəkiynəyarpaqlı və enliyarpaqlı meşələr ərazisinin 23,3 % əhatə edir. Rayonun ərazisi 2 176 km² təşkil edir. Faydalı qazıntılardan neft üstünlük təşkil edir.

Əhali Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Yanaul rayonu ərazisin milli tərkibi: başqırdlar — 43,3 %, tatarlar — 22,8 %, udmurtlar — 14,1 %, ruslar — 11,7 %, marilər — 6,9 %, digər millər — 1,,2 %.

İnzibati-ətazi vahidləri

Yanaul rayonunda 18 kənd inzivati vahidliyinə 104 yaşayış məntəqəsi daxildir. Rayon ərazisinə daxil olan yaşayış məntəqələri: Aybulyak, Akılbay, Andreevka, Andreevka, Arlyan, Asavdıbaş, Aleqaç, Axtıyal, Badryaş, Badryaş-Aktau, Bayquzino, Baysorovo, Banibaş, Barabanovka, Budya Varyaş, Bulat-Elqa, Varyaş, Varyaşbaş, Verxnıy Çat, Verxnaya Barabanovka.

İqtisadiyyat Alışeevski rayonu əsasən sənaye-aqrar rayondur. Ərazisindən neft çıxarılır. Bu işi «Krasnoxolmeft» İB həyata keçirir. 21 kalxoz, 3 sovxoza sahibdir. Kənd təsərrüfatının əsas sahələri: Taxılçılıq, kartofçuluq, qoyunçuluq, ətlik-südlük istiqamətli maldarlıq və donuzçuluq. Arışılıq inkişaf etmişdir. Ərazisindən Moskva - Yekaterinburq dəmiryolu keçir. Avtomobil əlaqəsi Ufa - Yanaul magistralı ilə təmin edilir.

Sosial sfera Rayon ərazisində 66 ümumtəhsil mərkəzi, 18 orta məktəb, 34 kütləvi kitabxana, 72 klub, 3 xəstəxana fəaliyyət göstərir. Burada tatar və rus dillərində «Ynaulskie zori», həcinin 2008-ci ildən gündəlik «Variant-52» qəzetləri buraxılır. 1993-cü ildən «Yanaul televiziya və radiosu» fəaliyyət göstərir. Mənbə Rayon saytı Книга памяти Янаульского района

İstinadlar

Kateqoriya:Yanaul rayonu Kateqoriya:Başqırdıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər