Müseyib Mirzə oğlu Dadaşov () — Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı, Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon, Astara Rayon və Gədəbəy Rayon komitələrinin birinci katibi.

Həyatı Müseyib Dadaşov 1896-cı ildə Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. Məktəbi 4-cü sinifdən tərk etmişdi. 1912-ci ildən Xəzər-Qara dəniz mexaniki emalatxanalarının çilingəri olaraq işləməyə başlamışdır.

1957-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Müseyib Dadaşov 13 avqust 1981-ci ildə vəfat etmişdir. Vəfatı ilə bağlı "Kommunist" qəzetinin 14 avqust 1981-ci il tarixli nəşrinin 2-ci səhifəsində məlumat verilmiş, məlumatın sonunda Heydər Əliyev, Kamran Bağırov, Həsən Seyidov, Süleyman Tatlıyev, Lidiya Rəsulova, Ramiz Mehdiyev, Həsən Həsənov kimi dövlət xadimlərinin imzası əlavə olunmuş idi. O, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Siyasi fəaliyyəti Müseyib Dadaşov 1914-cü ildə tətillərdə iştirak edildiyinə görə həbs edilmiş, Birinci Dünya Müharibəsi başladıqdan sonra azad edilmişdi.

22 mart 1917-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına daxil olmuşdur. Fevral inqilabından sonra Balaxanı Rayon Deputatları Sovetinin deputatı olmuşdur. Bakı Kommunası dövründə Müseyib Dadaşov Balaxanı Rayon Qızıl Qvardiya Qərargahının üzvü olmuşdur. Mart soyqırımı zamanı Nəcməddin Qotsinskinin dəstələrinə qarşı döyüşmüşdür. Bakı döyüşündən sonra Kürdəxanı kəndində Qafqaz İslam Ordusu tərəfindən ələ keçirilmişdi.

Aprel işğalından sonra aktiv siyasi fəaliyyətinə açıq şəkildə davam edən Müseyib Dadaşov Azərbaycan LKGİ-nin I Qurultayının təşkilatçılarından olmuş və Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

1921-ci ildə Müseyib Dadaşov Kommunist İnternasionalının III Konqresində iştirak etmişdir.

Müseyib Dadaşov 1933-cü ilədək Azərbaycan Kommunist Partiyası Nuxa, Şamaxı, Lənkəran qəza komitələrində çalışmış, 1933–1937-ci illərdə Azərbaycan Kommunist Partiyası Yardımlı, Astara və Gədəbəy rayon komitələrinin birinci katibi vəzifəsində çalışmışdır. 1938-ci ildən isə rəhbər təsərrüfat işində fəaliyyətə başlamışdır.

1948-ci ildən Azneft Birliyinin fəhlə təchizatı idarəsində rəhbər vəzifədə çalışmışdır.

1956-cı ildə təqaüdə çıxdıqdan sonra Azərbaycan LGKİ Respublika İnqilabi Şöhrət Şurasının sədri olmuşdur.

Müseyib Dadaşov Sovet İttifaqı Kommunist Partiyasının XXIII, XXIV, XXV qurultaylarının nümayəndəsi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı olmuşdur.

Xatirəsi Vaxtilə Vladimir Lenin ilə görüşüb, onunla söhbət etmiş Müseyib Dadaşovun bu görüşü haqda "İliçin döyünən qəlbi" filmində süjet verilmişdir.

1972-ci ildə isə Əhməd Abdullayevin rejissorluğu, Emil Ağayevin ssenaristliyi ilə Müseyib Dadaşovun həyat fəaliyyətini əks etdirən "O, Lenini görmüşdür" filmi çəkilmişdir.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Astara Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Gədəbəy Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)