Artsak () — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət sonra, mahnı Ermənistanda məşhurlaşmışdır. Musiqi kompozisiyasında Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşası əsaında çəkilmiş "Kor Ərəbin mahnısı"Kor ərəbin mahnısı filmi üçün bəstələdiyi 4 dəqiqə 16-saniyyəlik mahnının ilk və son parçalarından istifadə olunur (melodiyanın 4-dəfə sürətləndirilmiş şəkli oranjman edilib, 25-50-ci saniyyələrində və 03:05-03:55-ci saniyyələrində). Musiqi bir çox mədəni, idman və siyasi mərasimlərdə istifadə edilmişdir.Musiqinin istifadə edildiyi bəzi tədbirlərə nümunə: during the 2013 Armenian presidential election protests. of a large joint rally by Prosperous Armenia, Armenian National Congress, and Heritage parties in October 2014. Dünyanın müxtəlif ölkələrindən fiqurlu konkisürənlər, gimnastlar və digər idmançılar da dəfələrlə bu musiqiyə müraciət etmişlər.

İdmanda istifadəsi

İl İdmançı Ölkə İdman Tədbir(lər) 2001–02 AleksandrAbt 20px|alt=|link= Fiqurlu konkisürmə 2002 Qış Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü 2005–06 Elene Gedevanişvili 20px|alt=|link= Fiqurlu konkisürmə 2006 Qış Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü 2007 Dinarə Gimatova 20px|alt=|link= Gimnastika 2007 Ribbon AA Deriugina Kuboku 2007-08Vazgen AzroyanAnastasiya Qrebenkina 20px|alt=|link= Fiqurlu konkisürmə orijinal rəqs 2008 Aliyə Yussupova 20px|alt=|link= Gimnastika 2009 Holon Israel 20px|alt=|link= Fiqurlu konkisürmə 2009 Vic Darçinyan 20px|alt=|link= Boks Giriş musiqisi 2010 Dou Baobao 20px|alt=|link= Gymnastics 2010 Korbeyl-Essonn Beynəlxalq Ritmik Gimnastika Yarışı 2010 Marta Koczkovska 20px|alt=|link= Gimnastika 2009 Korbeyl-Essonn Beynəlxalq Ritmik Gimnastika Yarışı 2010 Corco Petrosyan 20px|alt=|link= Kikboksinq Giriş musiqisi 2013 Viktoriya Murs 20px|alt=|link= Gimnastika 2013 AT&T Amerika Kuboku 2013 Geqard Musasi 20px|alt=|link= Kikboksinq Giriş musiqisi 2014 Süzanna Kentikyan 20px|alt=|link= Gimnastika Giriş musiqisi 2016 Seda Tutxalyan 20px|alt=|link= Gimnastika 2016 Yay Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü

Digər Pan-Armenian Oyunları Pervıy kanalda yayımlanan "Buz dövrü" adlı televiziya şousunda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovski bu musiqinin sədaları altında çıxış etmişlər. 2017-ci ildə National Geographic Channel tərəfindən çəkilmiş “Hidden Cities Revealed: Baku” sənədli filmində (43-44-cü dəq.) istifadə edilib.

Qalmaqal

2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Artsak" mahnısında Azərbaycan musiqisindən istifadə edilməsini bildirmişdir. Ara Gevorkyan bu iddiaya cavab verərək, mübahisənin Rusiyanın Pervıy kanalında yayımlanan "Lednikoviy period" teleşousunun epizodlarından birində baş vermiş qarışıqlıqla əlaqəli olduğunu bildirmişdir. Belə ki, şouda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovskinin çıxışı zamanı Ermənistan bəstəkarı Ara Gevorkyanın musiqisi səslənəcəyi elan edilsə də, Azərbaycan bəstəkarı Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısı səsləndirilmiş və yalnız bundan sonra Gevorkyanın "Artsak" mahnısından kiçik hissə əlavə edilmişdir.

2017-ci ildə Azərbaycanda dərs ilinin başlanması ilə əlaqədar Masazırda yerləşən 3 saylı orta məktəbdə təşkil olunmuş mərasimdə şagirdlər Ara Gevorkyanın “Artsax” əsəri ilə xüsusi rəqs kompozisiyası təqdim ediblər. Məktəb rəhbərliyinə etiraz edilməsi zamanı, mahnının Fikrət Əmirovun “Qarabağ mirvarisi” adlı əsəri olduğu iddia olunub, lakin Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi və bəstəkarın oğlu Cəmil Əmirov, Fikrət Əmirovun belə bir əsərinin olmadığını və iddianın yalan olduğunu bildiriblər.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1999-cu ilin mahnıları Kateqoriya:Ermənistan musiqisi Kateqoriya:Ermənistan mahnıları