Hadisələr 4 fevral - Limada Peru ordusu tərəfindən prezident sarayının tutulması. Prezident Qilermo Billinqxerstin devrilməsi və ölkədən sürgün olunması. 8 mart - İspaniyada kortesə seçkilərdə monarxistlər qələbə qazanması. 14 mart - Serbiya ilə Türkiyə arasında sülh müqaviləsinin imzalanması 21 aprel - ABŞ ordusunun Meksikanın Veraskus limanına çıxarılması 28 iyun — Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinantın Serbiya millətçisi Qavrilo Prinsip tərəfindən öldürülməsi. 23 iyul - Avstriya-Macarıstan vəliəhd Frans Ferdinantın öldürülməsi ilə əlaqədar Serbiyaya ultimatum verməsi. 28 iyul- Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi, I Dünya müharibəsinin başlanması. 1 avqust - Almaniyanın Rusiya imperiyasına müharibə elan etməsi. 2 avqust - Almaniyanın Fransaya müharibə elan etməsi. İtaliyanın öz bitərəfliliyini elan etməsi. 3 avqust - Almaniyanın Belçikaya müharibə elan etməsi 4 avqust - Böyük Britaniya və Avstraliyanın Almaniyaya müharibə elan etməsi Argentinanın öz birtərəfliliyini elan etməsi. 6 avqust - Avstriya-Macarıstanın Rusiya imperiyasına müharibə elan etməsi 15 avqust - Panama kanalının istifadəyə verilməsi 18 dekabr - Misirin Böyük Britaniyanın protektoratlığı elan edilməsi Osmanlı dövlətində Fuat Uzkınay tərəfindən ilk türk filmi sayılan "San-Stefanodakı rus abidəsinin çöküşü"nün çəkilməsi. yanvar - "H.Z.Tağıyevin birləşmiş fabriklərinin kontoru"nun təsis edilməsi. 12 aprel - 1914-cü ildə Bakıda Azərbaycan dilində "Bəsirət" adlı həftəlik siyasi, ictimai, iqtisadi və ədəbi qəzetin nəşrə başlaması. 15 aprel — H.Z.Tağıyev və Musa Nağıyev tərəfindən ilk milli bank - Bakı Tacir Bankının təşkil edilməsi. 25 iyun - Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyətinin açılması. 15 oktyabr - Ə.Müznibin redaktorluğu ilə "Dirilik" jurnalının nəşrə başlaması. Bakıda Musa Nağıyevin vəsaiti ilə xəstəxana tikintisinə (1914-1918) başlanılması. "M.Q.Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar cəmiyyəti"nin təşkil olunması. Gəncədə Müəllimlər Seminariyasının açılması. Tovuzda ikinci sement zavodunun işə düşməsi.
Doğumlar
Naməlum - Rəssam Ərəbzadə
22 mart — Lütfəli Abdullayev, azərbaycanlı aktyor, komik rolların mahir ifaçısı, Azərbaycanın xalq artisti (ö.1973). 26 may - İlyas Əfəndiyev - xalq yazıçısı, nasir, dramaturq 15 sentyabr — Adolfo Bioy Kasares, Argentina yazıçısı. 17 avqust — Xəlil Abbasov — Sosialist Əməyi Qəhrəmanı (1948), Böyük Vətən müharibəsi iştirakçısı. Teymur Bəxtiyari
Ölümlər Hüseynqulu xan Əbu Qəddarə
İstinadlar