Müzamil İmran oğlu Abdullayev () — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri.
Həyatı Muzamil Abdullayev 1941-ci ildə AzSSR-in Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub.
1961−1966-cı illərdə mədən və filiz kombinatında laborant işləmişdir.
1961–1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Krasnodar Politexnik İnstitutunda bir şərabçı-texnoloq kimi əlavə təhsil almışdır.
1967–1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.
1970–1975-ci illərdə Kirovabaddakı Nizami şərab zavodunun baş mühəndisi idi. 1972–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsində çalışıb.
1975–1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmuşdur.
1988–1991-ci illərdə AzSSR Nazirlər Soveti sədrinin birinci müavini və AzSSR Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışmışdır.
1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. 1996-ci ildə “Surət Hüseynov hadisəsi”nə görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilərək əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə prezident Heydər Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb. İddialara görə, onun həbsdən azad olunmasını o zamankı Fransa prezidenti Jak Şirak birbaşa H. Əliyevdən xahiş edib.
Abdullaev Müzamil İmran oğlu kənd təsərrüfatı elmləri doktorudur, Ümumittifaq Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda "Magarach" da müdafiə edərək elmlər doktoru adı almışdır. "Azərbaycanın Respublikasının əməkdar aqronomu" adına sahibdir. Azərbaycanın Göy-Göl rayonunda yerləşən Göy-Göl şərab 2 fabrikinin təsisçidisidir.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR hökuməti (1985–1991)
Kateqoriya:Azərbaycanın kənd təsərrüfatı nazirləri Kateqoriya:Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavinləri Kateqoriya:Azərbaycan şərabçıları Kateqoriya:Azərbaycan iş adamları