Alp relyefi — kəskin parçalanmış, geniş yayılmış buzlaq formaları ilə (karlar, sirklər, təknələr, karlinqlər və b.) səciyyələnən dağlıq relyef. Alp relyefi yamacları sıldırım qayalı, zirvələri və suayrıcıları iti və diş-diş olur. Alp relyefi dağların yüksəkliyindən daha çox qar xəttinin mütləq yüksəkliyindən asılıdır. Bu xətdən yuxarı, aktiv ekzarasion və nivatsion buzlaq proseslərinin fəaliyyəti kəskin olur. Qütblərə doğru qar xətti get-gedə dəniz səviyyəsinədək endiyindən yüksək en dairələrində Alp relyefi bu səviyyədən başlanır.Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006
Alp Dağları Tipi — "alplar", nisbətən yaxşı saxlanılmış, parçalanmnağa yenicə başlamış, orta yüksəkliyi kifayət qədər olan, süxurların müxtəlif növ strukturları və formaları müşahidə edilən dağ qurumları, sistemi.Geomorfoloji Termenlərin İzahlı Lüğəti Bakı "Elm" 2012 səh.13
Həmçinin bax Alp qırışıqlığı
İstinadlar
Kateqoriya:Alp dağları Kateqoriya:Relyef formaları Kateqoriya:Coğrafi terminlər