Aka Gündüz (əsl adı Hüseyn Avni, yaxud Enis Avni; ) — Türkiyə yazıçısı. Aka Gündüz 1886-cı ildə hərbçi ailəsində anadan olmuşdur. 1908-ci il "Gənc türklər" inqilabının iştirakçısıdır.
Yaradıcılığı "Dikmen ulduzu" (1928), "Naməlum əsgər" (1930) romanlarının müəllifidir. "Bu torpağın qızları" (1927), "Üç qızın hekayəsi" (1933), "Yaylaq qızı" (1940), " Bir qızın nağılı" (1954) və sair əsərləri qadınların, xüsusilə gənc qızların həyatına həsr edilmişdir. Bəzi romanları əsasında ("Bir sürücünün gizli dəftəri" (1928), "İki süngü arasında" (1929) film çəkilmişdir. Aka Gündüzün yaradıcılığı türk ədəbi dilinin demokratikləşdirilməsində mühüm rol oynamışdır.
Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur (1931-1943).
Mənbə Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı, 2009, səh. 230.
Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Ankarada vəfat edənlər Kateqoriya:Maltaya sürgün olunanlar Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Türkiyə dramaturqları Kateqoriya:Türkiyə dramaturqları Kateqoriya:TBMM IV çağırış deputatları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Türkiyə jurnalistləri