Ərəb üsyanı (, , ) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaşmasına səbəb olan 1916-1918-ci illərdə baş vermiş azadlıq hərəkatı.Sean McMeekin, The Berlin-Baghdad Express, p.288,297
Arxa plan Osmanlı İmperiyasının vilayətlərindən biri olan Hicaz, valilər tərəfindən idarə olunurdu. Vilayətin idarəçiyilində, validən başqa Peyğambər soyundan və məhdudi səlahiyyətlərə sahib olan bir əmir mövcud idi. Bu əmirlərdən sonuncusu olan Şərif Hüseyn vəzir rütbəsiylə Dövlət Şurasının bir üzvü olmasına baxmayaraq, Şərif Abdi Lillah Paşanın 1908-ci ildə birdən vəfatı üzərinə Məkkə əmiri tituluna layiq görülmüş və oraya göndərilmişdir. Şərif Hüseyn, II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək İstanbulda saxlanılmış və Dövlət Şurasının üzvü olmuşdur. İttihad və Tərəqqi partiyası rəhbərliyə gəldikdən sonra bu vəziyyət üzərinə onu Məkkə əmiri tituluna layiq görmüşdür. Məkkə əmiri Şərif Hüseyn və bölgənin Osmanlı valisi Vəhib paşa arasındakı anlaşılmazlıq üsyanın təməllərindən biri idi.
1865-ci ildə Ərəbistan yarımadasında milliyyətçi ərəb təşkilatları qurulmağa başlandı. Birinci Dünya müharibəsi əsnasında, Şərif Hüseynin oğlu Əmir Feysəlın başçılığında və İmam Yəhya və İbn Səudun da üzv olduğu, Şərif Hüseynin Osmanlı dövlətinə qarşı müharibə elan etməsi və Antanta dövlətlərinin köməyi bir ərəb hökuməti təsisini məqsəd qoyan bir cəmiyyət qurulmuşdur.
Britaniya ilə razılaşma Şərif Hüseynin üsyan fikri, 1914-cü ilin fevral ayının ilk həftəsində Misirdə oğlu Əmrah Abdullah ilə görüşdən sonra, Britaniya hakimiyyəti ilə davamlı irəliləyiş əldə etdi. Şərif Hüseyn 1 iyul 1915 tarixində Britaniyaya ilk təklifini göndərmiş və öz xüsusi məktubunda Mərsin və Adanadan Mosul şəhərinə qədər çəkiləcək cənub xəttində ərəblərin müstəqil bir hökumət qurmasına icazə veriməsi şərtiylə, aid olduğu Osmanlı xəlifəliyinə qarşı üsyan edəcəyini bildirmişdir. Şərif Hüseyn və Britaniya arasındakı danışıqlar nəhayət 10 mart 1916 tarixində qarşılıqlı razılaşma ilə tamamlandı. 6 noyabr 1916 tarixinə qədər Şərif Hüseynə 773 min funt sterlinq maddi dəstək verilmişdir.
Üsyan Şərif Hüseyn 10 iyun 1916 tarixində Osmanlı dövlətinə qarşı üsyan başlatdı və özünü "Ərəb Ölkələrinin Kralı" elan etdi. Lakin 3 yanvar 1917 tarixində Britaniya və onun müttəfiqləri bu titulu uyğun görmədilər və onu, müstəqil bir idarəçi və rəsmi olaraq "Hicazın Hökmdarı və Hakimiyyəti" olaraq tanıdılar.
Hüseynin özünü bütün ərəb ölkələrinin padşahı olduğunu elan etməsi, Əbdüləziz ibn Səudu çox narahat etmişdi. Bunun üzərinə İran körfəzindəki Britanya məsulu onu indiki Küveytə dəvət edib, ona həm silah, həm də maddi yardım etmə, və həmçinin, Hüseyinin onun şəxsi işlərinə qarışmama və "Ərəblərin Kralı" olaraq ərəblər adına danışma qarantiyalarını vermişdir. Buna qarşı Ədbüləziz ibn Səud, Hüseynə qarşı heç bir hərəkət etməyəcəkdir. Britaniyalıların Əbdüləziz ibn Səudə çox tolerant olmasının səbəbi, Hüseyni Ərəbistan yarımadasında, Şamda və İraqda Osmanlılara qarşı mübarizə etməməsini təmin etmək idi.
Nəticə Bir tərəfdən, 1916-cı ildən bəri ərəb üsyançılarına qarşı mübarizə aparan Osmanlı İmperiyası, 1918-ci ildə imzaladığı Mudros müqaviləsinə əsasən bölgədən çəkilmişdir. Ərəb üsyanından sonra Britaniyə Şərif Hüseynə vəd etdiyi torpaqları verməmişdir. 1917-ci ildə imzalanmış Balfur Bəyannaməsinə əsasən Fələstində bir yəhudi məskəni yaradılmışdır. Bu üsyanın nəticələri bu günə qədər bir çox problemlərə səbəb olmuşdur.
Həmçinin bax Osmanlı Ərəbistanı Ərəb baharı
İstinadlar
Ədəbiyyat Fromkin, Deyvid (1989). A Peace to End All Peace (). Avon Kitablar. Korda, Maykl, Hero: The Life and Legend of Lawrence of Arabia (). ISBN 978-0-06-171261-6. Lourens, T. E. (1935). Seven Pillars of Wisdom (). Dabldey, Doran, və Ko.
Xarici keçidlər Ərəb üsyanının tarixi (Kral Hüseynin rəsmi saytında) PBS-də Ərəb üsyanı Tomas Edvard Lourensin Fələstinə dair yazdığı məktubları Şapel Manuskript Fondu Ərəbistanda Üsyan by Krişçiyan Snauk Hurqron Müharibə arabaları: Tomas Edvard Lourens və zirehli Rolls-Roys ərəb çölünü idarə etdi, Brenden Mkaliir, 10 avqust 2017, Autoweek.
Kateqoriya:Osmanlı imperiyasında üsyanlar Kateqoriya:XX əsrdə Səudiyyə Ərəbistanı Kateqoriya:Ərəb milliyyətçiliyi Kateqoriya:Ərəb üsyanı Kateqoriya:1916-cı ildəki münaqişələr Kateqoriya:1917-ci ildəki münaqişələr Kateqoriya:1918-ci ildəki münaqişələr Kateqoriya:Partizan müharibələri Kateqoriya:İsrail tarixi Kateqoriya:İordaniya tarixi Kateqoriya:Livan tarixi Kateqoriya:Suriya tarixi Kateqoriya:Hicaz tarixi Kateqoriya:Ərəbistan yarımadasının tarixi Kateqoriya:Birinci Dünya müharibəsi Kateqoriya:İslam tarixi Kateqoriya:XX əsrdə Livan Kateqoriya:Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsi