Kazan Sovet Fəhlə-Kəndli Respublikası — Kazan quberniyası ərazisində müvəqqəti qurulan edövlət qurumu. Kazan Sovetinə daxil olan partiyaların razılığı ilə 1918-ci ilin fevralında təşkil edilmişdir. Kazan quberniysa ispalkomunun qərarı ilə 16 may 1918-ci ildə ləğv edilmişdir.
Hökumət Xalq Komisarlar Sovetinin Sədri — Yakov Semyonoviç Şeynkman. Daxili İşlər üzrə Xalq Komissarı — V. İ. Moxov. Əkinçilik üzrə Xalq Komissarı — K. M. Şnurovski. Ərzaq məhsulları üzrə Xalq Komissarı — Y. S. Şeykman. Nəqliyyat üzrə Xalq Komissarı — İ. O. Anosov. Ticarət və Sənaye üzrə Xalq Komissarı — A. İ. Karpov. Maliyyə üzrə Xalq Komissarı — V. N. Skaçkov. Əmək üzrə Xalq Komissarı — Samuil Maksimoviç Braude. Milli İşlər üzrə Xalq Komissarı — Sahib-Gəray Said-Qaliyev.
Ədəbiyyat Татарская энциклопедия: В 6 том. Т.1. — Казань: Институт Татарской энциклопедии АН РТ, 2006. Тагиров И. Р. История национальной государственности татарского народа и Татарстана. — Казань: Татар. кн. изд-во, 2008.
Kateqoriya:Kazan tarixi Kateqoriya:Tarixi respublikalar Kateqoriya:1918-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Rusiya tarixində dövlətlər