Salem — Brannon Braqa və Adam Saymon tərəfindən 17-ci əsrdə baş vermiş real Salem əcinnələri haqqında yaradılmış Amerikan fövqəltəbii qorxu teleserialıdır. Baş qəhrəman Meri Sibli (Canet Montqomeri) Salemdəki cadugarları eləcə də şəhəri idarə edən güclü cadugardır. Problemlər uzun illər əvvəl yoxa çıxmış sevgilisi Con Aldenin (Şeyn Vest) şəhərə geri qayıtması ilə başlayır. Bu qayıdış Merinin Salem ilə bağlı planlarında da çətinliklər yaradır. Serial həmçinin qotik romatizmi də nümayiş etdirir.
Serial 20 aprel 2014-cü ildə WGN America kanalında yayımlanmağa başladı.http://www.thefutoncritic.com/showatch/salem/ Nümayişə başladığı vaxtda reytinq toplaya bilən serial həmçinin kanalın ilk orijinal lahiyəsidir. Bu serial kanalın ilk və uğurlu işi olduğu üçün kanal serialı 15 may 2014-cü ildə ikinci mövsüm üçün yeniləndi. Üçüncü mövsümün sifarişi 11 iyul 2015-ci ildə edildi və premyerası 2 noyabr 2016-cı ildə baş tutdu. 13 dekabr 2016-cı ildə WGN-in serialı ləğv etdiyi bildirildi və final seria 25 yanvar 2017-ci ildə yayımlandı. İstehsal İnkişaf WGN America 2012-ci il iyul ayında serialı hələ yazarkən onu Malis adlandırmışdı.http://www.thefutoncritic.com/news/2012/07/12/development-update-thursday-july-12-576014/9870/ 4 iyun 2013-cü ildə WGN ssenaridə dəyişiklik etdi və yeni Salem adı ilə 13 serialı olaraq sifariş verdi. Çəkilişlər 8 noyabr 2013-cü ildə Luiziananın Şreveport şəhərində başladı və mövzuda hadisələr 17-ci əsrdə MassaçVestsdə cərəyan etdi.http://www.thefutoncritic.com/news/2013/11/08/wgn-america-announces-start-of-production-on-first-original-scripted-series-salem-449112/20131108wgn01/
15 may 2014-cü ildə ildə Salem WGN America tərəfindən ikinci mövsüm üçün yeniləndi.
11 iyul 2015-ci ildə WGN üçüncü mövsümü 10 serialı olaraq sifariş verdi və çəkilişlər 21 yanvar 2016-cı ildə başladı.https://twitter.com/shanewest/status/690236349631328257 Kasting Serialın kastinqlərinin açıqlanması 2013-cü ilin oktyab ayında baş tutdu və ilk kastinqin Tituba rolunu Eşli Madekenin oynayacağı bildirildi. Növbəti açıqlamada Set Qabelin Kotton Materi roluna seçildiyi bildirildi. Canet Montoqomeri və Xander Berkeli əsas rollar olan Meri Sibli və Maqistreyt Heil rollarında təyin oldular. Daha sonra Şeyn Vest Con Olden rolu üçün seriala qatıldı. Enn Heyl roluna isə Tamzin Merçant seçildi. Eliz Ebertin Mersi Leuis rolunu oynayacağı bildirildi.http://www.thefutoncritic.com/news/2013/11/06/development-update-wednesday-november-6-259112/10617/ 1 iyun 2014-cü ildə yayımlanan seriada Stefen Lanq kastinqə qatılaraq ardıcıl İncres Mater rolunu ifa etdi.
Birinci mövsümdən sonra Lüsi Loules və Stüard Taunsend Salemə qatılaraq Kountes Marbuq və Samuel Uaynrayt rollarını ifa etdilər. Co Dol və Oliver Belldə ikinci mövsümə qatılaraq Baron Sebastian Marbuq və Merinin itmiş oğlu rollarını oynadılar.
Rollarda
Əsas AktyorObrazMövsümlər123Canet Montqomeri Meri Ualkott / Meri Sibli colspan="3" Şayn Vest Kapitan Con Olden colspan="3" Set Qabel Kotton Mater colspan="3" Tamzin Merçant Enn Heil colspan="3" Eşli Medekue Tituba colspan="3" Elis Eberli Mersi Leuis colspan="3" İddo Qoldberq Ayzik Ualton colspan="3" Xander Berkelei Magistreit Heil colspan="1" QonaqOliver Bell Con / İblis (Samuel) Qonaq colspan="2" Co Boili Baron Sebastian von Marburq colspan="2"
Ardıcıl AktyorObrazMövsümlər123Maykl Mulheren Corc Sibli ArdıcılAzure Parsons Qloriana Embri Ardıcıl ArdıcılSemmi Hanratty Dolli Trask ArdıcılStefen Lanq Inkres Mater Ardıcıl QonaqLüsi Lauless İnqrid Von Marburq ArdıcılStüart Taunsend Dr. Samuel Uaynrayt ArdıcılSamuel Roukin Beelzebub ArdıcılMerlin Menson Tomas Dinli Ardıcıl Yayımı Ev üçün buraxılış Birinci mövsümün DVD diski Birləşmiş Ştatlarda Fox Home Entertainment tərəfindən 28 oktyabr 2014-cü ildə satışa çıxarıldı.
İkinci mövsüm isə Amazon's CreateSpace MOD Program tərəfindən 5 aprel 2016-cı ildə prokatlara verildi. Qəbulu Tənqitçilərin Mövqeyi Seriala tənqidçilərin mövqeyi qarışıq olub. Metacritic-də 16 tənqidçinin səsverməsinə əsasən 100-dən 49 topldadı. Birinci mövsüm Rotten Tomatoes-də 26 tənqidçinin səsverməsinə əsasən 10-dan 5.5 toplayaraq 54% reytinq qazanıb. Bundan başqa tamaşaçıların 81%-i serialı bəyənib. New York Times-dan olan Neil Genzlinger birinci mövsümə verdiyi münasibətdə serialın kövrək və yaxşı edam adlandıraraq onun əyləncəli olduğunu vurğuladı. Plain Dealer-dən Mark Dawidziak birinci mövsümün ilk seriaların müsbət rəy verərək bildirib: "Salem yavaş yavaş səni o icmanın yüksəkliklərinə aparır. Salemin aktyor heyəti ilk serialarda etdikləri cadular ilə, qisas, romans, qorxu və qeyri-müəyyənlik ilə taçaşaçını cəlb edə bilib."
Reytinqlər Mövsüm Yayım vaxtı Serialar Başladı Başa çatdı Orta baxış(milyon ilə) Vaxt Premyeraya baxış sayı(milyon ilə) Vaxt Final baxış(milyon ilə) I Mövsüm Bazar 10/9c 13 20 aprel 2014 1.52 13 iyul 2014 0.43 1.7 II Mövsüm 13 5 aprel 2015 0.51 28 iyun 2015 0.34 1.1 III MövsümÇərşənbə 9/8c 10 2 noyabr 2016 0.27 18 yanvar 2017 0.23 TBA
Serial Live+7 reytinqlərində 3.4 milyon baxış, 18-49 yaş arası tamaşaçılar arasında isə 1.5 milyon baxış sayı topladı.http://www.thefutoncritic.com/news/2014/05/05/wgn-americas-spellbinding-drama-salem-renewed-for-second-season-747312/20140505wgn01/
İkinci mövsüm Live+7 reytinqlərində 18-49 yaş arası tamaşaçılar arasında 0.2-dən 0.5-ə 150% toplayan serial Live+3-də 1.5 milyon baxış topladı. Mövsümün ikinci seriası 0.1-dən 0.4-ə 300% topladı.
Qələbələr İl Mükafat Kateqoriya Nominasiya(lar) Nəticə 2015 Fangoria Chainsaw Mükafatı TV-də bəyənilən aktrisa Canet Montqomeri Saturn Mükafatı Ən yaxşı kabel televiziya serialı Salem 2016Fangoria Chainsaw MükafatıƏn yaxşı TV aktrisasıCanet Montqomeri Ən yaxşı TV makiyajıMetyu Muql, Klinton Ueyn Ən yaxşı serial Salem Ən yaxşı TV ikinci plan aktyoruSet Qabel Ən yaxşı TV ikinci plan aktrisasıLüsi Lauless 2017Fangoria Chainsaw MükafatıƏn yaxşı TV SFXMetyu Munql, Klinton UeyngözlənilirƏn yaxşı TV ikinci plan aktyoruSet QabelgözlənilirƏn yaxşı TV ikinci plan aktrisasıTamzin Merçantgözlənilir
Xarici Keçidlər Rəsmi sayt
TV Guide saytında
İstinadlar
Kateqoriya:ABŞ teleserialları Kateqoriya:2014-cü ilin teleserialları Kateqoriya:Qorxu teleserialları Kateqoriya:Fantastika teleserialları Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:20th Century Fox Television teleserialları Kateqoriya:2014-cü ildə başlayan ABŞ teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Tarixi teleseriallar Kateqoriya:Gerçək hadisələrə əsaslanan əsərlər Kateqoriya:2010-cu illərin ABŞ dram teleserialları Kateqoriya:Magiya televiziyada Kateqoriya:2017-ci ildə bitən teleseriallar