Erebuni qalası — E.ə. 782-ci ildə Urartu çarı I Argişti tərəfindən indiki İrəvan şəhəri ərazisində, şəhərin Cənub-Şərq tərəfində Qanlıtəpə adlı yerdə salınmış şəhər-qala. E.ə. IV əsrə qədər mövcud olub.
Buradan tapılan 13 sətrdən ibarət mixi yazı lövhəsində qalanın Menuanın oğlu Biyan (Uratu) ölkəsi və Tuşbi şəhərinin hakimi Argişti tərəfindən salındığı və Erebuni adlandırıldığı yazılıb. Qanlıtəpənin zirvəsindəki meydan 2 hektar olsa da, qala təxminən 50 hektar ərazini tutur.
Mənbələrdə İşpuini kimi də qeyd olunan qalanın əsl adı türkcə Erbiuni olmaqla "Er-bi" (ərlər boyu) və "-uni" (urartu dilində "ölkə") deməkdir və "Ərlər boyunun ölkəsi" anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da güman edilir.
Həmçinin bax İrəvan Qərbi Azərbaycan
İstinadlar
Mənbə Y.Yusifov. Qədim Şərq tarixi, В., 1993, səh.276; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh. 4.
Kateqoriya:Ermənistan qalaları Kateqoriya:Tarixi Azərbaycan qalaları Kateqoriya:İrəvanın görməli yerləri Kateqoriya:İrəvan tikililəri Kateqoriya:Ermənistan tarixi Kateqoriya:Qədim Ermənistan Kateqoriya:Asiyadakı arxeoloji abidələr Kateqoriya:Urartu Kateqoriya:E.ə. VIII əsrdə tamamlanmış tikililər