Vulkano () — İtaliyanın Siciliya adasından şimalda yerləşən Lipar adaları prupuna daxil olan Vulkano adasında yerləşən vulkanlar qrupu. Vulkan 130 000 il öncə formalaşmağa başlamışdır. Onun formalaşmasını 6 etapa bölmək olar. Aktivlik cənubdan şimala döğru uzanırdı. del Pryano kalderası adanın cənub-şərqində, del Rossa isə şimal-qərbdə yerləşir. La Rossa hazırda 391 [metr hündürlüyə malikdir. B.e.ə 183-cü ildə Vulkanello krateri formalaşmağa başlamışdır. Onun zirvəsi üç konusdan ibarətdir. Vulkanellnun aktivliyi XVI əsrdə bitmişdir. Sonuncu püskürmələr La Rossa kraterindən 1888 və 1890-cu illərdə müşahidə edilmişdir. 1999-cu ildə aparılan ölçmələr vulkanın temperaturunun azaldığını göstərir.
Mənbə Volcano Live — John Search
Kateqoriya:İtaliyadakı vulkanlar Kateqoriya:Zirvə hündürlüyü 1000 m-ə qədər Kateqoriya:Stratovulkanlar