Çökək hamam — 1606-cı ildə Şah Abbasın sifarişi ilə Azərbaycanın Gəncə şəhərində tikilmiş tarix-memarlıq abidəsi, hamam.

Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında

Adlandırılması Çökək hamam şəhər əhalisi arasında müxtəlif adlarla tanınır. Ona I Şah Abbasın əmri ilə tikildiyi üçün bəzən "Şah Abbas hamamı", Şah Abbas məscidinə yaxın tikildiyi üçün "Məscid hamamı" və ya sonralar oranı işlədən şəxsin adı ilə "Hacı Ələkbər hamamı" da deyirlər. Çökək hamam adlandırılması isə suyun təzyiqini təmin etmək üçün hamamın çökək ərazidə tikilməsi ilə bağlıdır.

Tarixi Səfəvi hökmdarı I Abbasın əmri ilə 1606-cı ildə Cümə məscidinin inşası bitdikdən sonra onun yaxınlığında Çökək hamamın inşası başlayıb. Hamamın memarı Gəncədəki bir çox abidələrin memarı olan Şeyx Bahəddindir.

Memarlığı Hamamın tikintisində o dövrün ənənəvi materiallarından olan qırmızı kərpic, yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə olunub. Hamam iki iç-içə zaldan ibarətdir. Böyük zalın içərisində çarhovuz və fəvvarə var, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub. Hamamın iki böyük və beş kiçik günbəzi var. Böyük günbəzlərin qırağında havalandırma rolu oynayan yarımgünbəzlər tikilib. Qışda hamam çox isti, yayda isə sərin olur. Odunla qızdırılan hamamın zirzəmisində iki buxar qazanı yerləşib. Divarlarda və hamamın döşəməsində quraşdırılmış keramik borularla buxar zallara ötürülürdü. Bununla da buxar bərabər ölçüdə dövr edir və bütün otaqları qızdırırdı. Hamamın bu üsulla fəaliyyəti 1963-cü ilə qədər davam edib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1996-cı ildə rəssam Qalib Bağırov tərəfindən hamamda Dekorativ Tətbiqi Sənət Mərkəzi yaradılıb və burada çini qablar düzəldərək onları nümayiş etdirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Bərpası Abidə 2013-cü ildə bərpa olunub. Restavrasiya zamanı tarixi orijinallıq saxlanılmasına çalışılıb. Bərpa işləri köhnə kərpiclə aparılıb. Abidənin dağlmış günbəzi və dam örtüyü bərpa olunub. Bərpadan sonra hamam fəaliyyət göstərir. Lakin hamamın bir hotel tərəfindən istifadə olunması və ora girişin yalnız hoteldən olması insanlar tərəfindən etirazla qarşılanıb.

Qalereya </center>

Həmçinin bax Gəncə Cümə məscidi Cavad xan türbəsi

İstinadlar

Xarici keçidlər Çökək Hamam — Gəncə Daşların Yaddaşı

Kateqoriya:Gəncə hamamları Kateqoriya:Gəncə abidələri Kateqoriya:1606-cı ildə yarananlar Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Səfəvi memarlığı Kateqoriya:Gəncə tarixi