Albit — mineral - Na[AlSi3O8].
Haqqında Plagioklazın izomorf sırasının son üzvü. Kristallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir.
Albit ikiləşməsi Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagioklazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Albit ikiləşməsi qanunu Albit ikiləşməsi qanunu normal qanunlar qrupuna aid edilən ən geniş yayılmış ikiləşmə qanunlarından biri. Təbəqəli quruluşlu mika və başqa mineralların ikiləşməsi üçün səciyyəvidir. İkiləşmə tikişi mükəmməl ayrılmaya (001) uyğun gəlir. İkiləşmə oxu tikiş müstəvisində yerləşir.
Albit, yüksək çöl şpatı Albit, yüksək çöl şpatı mineral, soyuduqdan sonra yüksək temperaturlu modifikasiyaya xas olan strukturunu saxlayan albit və ya başqa çöl şpatı. Bunlara effuziv süxurların çöl şpatlarının əksəriyyəti aiddir. Sinonim: Analbit.
Albitit Albitit süxur, albitdən, bəzən az miqdarda kvars, muskovit və başqa mineral qarışıqlarından təşkil olunmuş kristallik-dənəvər damar süxuru. Mənşəyinə görə heterogendir. Qranitolidlərdə, nefelinli sienitlərdə aplit tipli damar şəklində rast gəlir; ultraəsası süxurlarda damar dioritlərinin, plagioqranitlərin və başqa natrium qranitoidlərinin anortitsizləşmə və silisiumsuzlaşması nəticəsində əmələ gəlir. Monomineral növləri keramik xammal kimi istifadə olunur.
Albitləşmə Albitləşmə albitin silikat və alümosilikat minerallarının hesabına hidrotermal və ya metasomatoz yolla əmələgəlmə prosesi. Sossüritləşmə, propilitləşmə, spilitləşmə və başqa proseslərlə birgə müşahidə olunur.
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Kateqoriya:Natriumun mineralları Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Lüminessensiya mineralları