Viktor Astafyev (tam adı: Viktor Petroviç Astafyev; d. 1.5.1924, indiki Krasnoyarsk diyarı, Ovsyanka k.– ö. 29.11.2001, Krasnoyarsk) — rus yazıçısı.
Məlumat Viktor Astafyev kəndli ailəsində anadan olmuş, uşaq evində böyümuşdür. 1942-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Ali ədəbiyyat kurslarında oxumuşdur (1959–61). Yaradıcılığa “Mülki adam” (1951) hekayəsi ilə başlamışdır. Onun “Gələn yazadək” (1951) hekayələr toplusu ilk kitabıdır. Uşaqlıq illəri, təbiət və insan, müharibə və sevgi Viktora şöhrət gətirən “Aşırım”, “Acıçiçək” (hər ikisi 1959), “Ulduz axını” (1960) povestlərinin başlıca mövzularıdır.
1960-cı illərin ədəbi-tənqidi Astafyevin yaradıcılığını “kənd nəsri”nə aid etmişdir. Onun əsərlərində rus psixoloji nəsrinin ənənələri inkişaf etdirilir, kənd həyatı geniş təsvir olunur. “Sonuncu təzim” (1968–78; son fəsilləri 1992-ci ildə çap olunmuşdur) kitabında avtobioqrafik material (Sibir kəndindəki uşaqlıq və yeniyetməlik dövrü, müharibə və müharibədən sonrakı həyat haqqında xatirələr) rus kəndinin yarım əsrlik tarixi fonunda verilmişdir. “Çoban və çoban qız” (1971; sonuncu redaktəsi 1989) pastoral povestində “kənd nəsri” motivləri mənəvi aspektdə işlənmiş müharibə mövzusu nəzərə alınaraq şərh olunmuş, kəndli dünyagörüşünün bəşəri mahiyyəti mifoloji, bibliya simvolları vasitəsilə açılmışdır.
Klassik “ov əhvalatları” ənənəsini davam etdirən kəskin süjetli “Çar-balıq” (1976) əsəri ciddi diskussiyaya səbəb olaraq cəmiyyətin diqqətini ekoloji problemlərə yönəltmişdir. “Həyatı yaşamaq” (1985), “Şən əsgər” (1998) povestləri, “Lyudoçka” (1989) novellası, “Qəmli detektiv” (1986), “Lənətlənmiş və öldürülmüşlər” (c. 1–2; 1992–94) romanları var. Astafyevin bir çox əsəri səhnələşdirilmiş və ekranlaşdırılmış, pyesləri ölkə teatrında və xarici teatrlarda tamaşaya qoyulmuşdur. Kitablrı bir sıra Avropa dillərinə tərcümə edilmişdir.
Həmçinin bax Rus ədəbiyyatı Yazıçı
Xarici keçidlər Prominent Russians: Viktor Astafiev Marking the 75th anniversary of Viktor Astafiev and Victory Day excerpt, from The Cursed and the Slain
İstinadlar
Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Varşavanın azad edilməsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:SSRİ xalq deputatları