Ağbat — Arsakda, tarixi Qarabağ ərazisində qədim məntəqə adı."Albaniya tarixi", Gəncə-Qarabağ, 1727, 2000

Eramızdan əvvəl ikinci əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycanda) bəzi ərazilər Arsak adlanırdı (məsələn, Ərdəbil şəhristanındakı tarixi Ərşaq bölgəsi). Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır.

Tarixi Ağbat alban xristian dini mərkəzlərindən olmuş Xotavəng monastırının (indiki Kəlbəcər rayonunun Vəng kəndində; kəndin keçmiş adlarından biri də Xotavəng/Xotavank olmuşdur) mülklərindən biri olmuşdur. Ermənicə yazılışda əvvəlinə "H" səsinin əlavəsi ilə haqbat kimidir (yenə orada).

Azərbaycan dilində ağ və türk dillərində bət "üz", "səth"Türk dili lüğəti, 1963, İV-2,617 sözlərindəndir. 1590-cı ilə aid mənbədə Ağbat adlı bir kənd Borçalı bölgəsində də var.İsrafilov V. Azərbaycan oronim və hidronimlərinin…,1999 Məzmunca Baranbet (Goranboy rayonu), Girdəbad (Quba rayonu), Tupabad (Zəngilan rayonu) Salavat, Batabat və b. dağ adları ilə eynidir. XVII əsrə aid mənbədə Bərdə mahalında Eranbat kəndi qeyd olunur.B. Budaqov, Q. Qeybullayev. Yuxarı Qarabağın Toponimləri Bakı,2005

Həmçinin bax Arsak Alban

Xarici kecid http://tarixklubulogspot.

İstinadlar

Kateqoriya:Qafqaz Albaniyası Kateqoriya:Qarabağ toponimləri Kateqoriya:Qafqaz Albaniyasının vilayətləri Kateqoriya:Qədim coğrafi bölgələr