Süni intellekt (Sİ; , abr. ) — insanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellekti. Süni intellekt tətbiqlərinə qabaqcıl veb axtarış mühərrikləri (Quql axtarış sistemi), tövsiyə sistemləri ("YouTube", "Amazon" və "Netflix" tərəfindən istifadə olunur),virtual assistentlər ("Siri" və "Alexa" kimi), özügedən avtomobillər ("Waymo"), generativ və ya yaradıcı alətlər ("ChatGPT" və süni intellekt incəsənəti), strateji oyunlarda (şahmat və Qo kimi) ən yüksək səviyyədə yarışmaq daxildir.
Süni intellekt 1956-cı ildə akademik fənn kimi təsis edilmişdir.Dartmouth workshop:
The proposal:
Bu sahə optimizm dövrlərindən keçmiş,Successful programs the 60s:
Funding initiatives in the early 80s: Fifth Generation Project (Japan), Alvey (UK), Microelectronics and Computer Technology Corporation (US), Strategic Computing Initiative (US):
sonradan məyusluq və maliyyə itkisi yaşamış,First AI Winter, Lighthill report, Mansfield Amendment
Second AI Winter:
lakin 2012-ci ildən sonra dərin öyrənmə bütün əvvəlki süni intellekt üsullarını üstələmiş,Deep learning revolution, AlexNet:
beləliklə bu sahədə maliyyələşmə və maraqda böyük artım müşahidə edilmişdir.
Süni intellekt tədqiqatının müxtəlif alt sahələri xüsusi məqsədlər və xüsusi alətlərdən istifadə ətrafında cəmlənir. Süni intellekt tədqiqatının ənənəvi məqsədlərinə əsaslandırma, biliyin təqdim edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robototexnikaya dəstək aiddir. Ümumi intellekt (ixtiyari problemi həll etmək bacarığı) sahənin uzunmüddətli hədəfləri arasındadır. Bu problemləri həll etmək üçün süni intellekt tədqiqatçıları axtarış və riyazi optimallaşdırma, formal məntiq, süni neyron şəbəkələri və statistika, ehtimal və iqtisadiyyata əsaslanan metodlar daxil olmaqla geniş spektrli problem həlli üsullarını uyğunlaşdırıb və inteqrasiya etmişdilər. Süni intellekt psixologiya, linqvistika, fəlsəfə, nevrologiya və bir çox başqa sahələrdən də istifadə edir.
Məqsədlər Burada simulyasiyanın ümumi problemi alt problemlərə bölünmüşdür. Bu problemlərin həlli isə, tədqiqatçıların ağıllı sistemin gələcəkdə nümayiş etdirməsini gözlədikləri xüsusiyyətlərindən və ya qabiliyyətlərindən ibarətdir. Aşağıda təsvir edilən əlamətlər isə ən çox diqqət çəkən və süni intellekt üzrə tədqiqatların əhatə dairəsini əhatə etmişdir.
Əsaslandırma və problemin həlli İlkin tədqiqatçılar insanların tapmacaları həll edərkən və ya məntiqi çıxarışlar edərkən istifadə etdikləri addım-addım düşünməni təqlid edən alqoritmlər hazırlayırdılar.Problem-solving, puzzle solving, game playing, and deduction: 1980-ci illərin sonu və 1990-cı illərin sonunda isə, bu məsələnin həlli üçün, ehtimal və iqtisadiyyat anlayışlarından istifadə etməklə qeyri-müəyyən və ya natamam məlumatlarla işləmək üçün üsullar hazırlanmışdır.Uncertain reasoning:
Bu alqoritmlərin çoxu böyük düşüncə problemlərini həll etmək üçün kifayət deyildir, çünki onlar məsələnin həlli zamanı "kombinator partlayışı" yaşayır və problemlər böyüdükcə onlar tədricən yavaşlayırlar.Intractability and efficiency and the combinatorial explosion: Hətta insanlar bu problemlərin həllində ilkin tədqiqatlarının modelləşdirə biləcəyi addım-addım çıxarışdan nadir hallarda istifadə edirlər. Əvəzində problemlərin çoxunu sürətli, intuitiv mühakimələrdən istifadə edərək həll edirlər.Psychological evidence of the prevalence of sub-symbolic reasoning and knowledge: Dəqiq və səmərəli əsaslandırma isə həll edilməmiş problem olaraq qalır.
Biliyin nümayişi thumb|Ontologiya biliyi bir sahə daxilindəki anlayışlar toplusu və bu anlayışlar arasındakı əlaqələr kimi təmsil edir. Biliyin təqdimatı və bilik mühəndisliyiKnowledge representation and knowledge engineering: süni intellekt proqramlarına suallara ağıllı cavab verməyə və real dünya faktları haqqında çıxarışlar etməyə imkan verir. Formal biliyin nümayişi isə, məzmuna əsaslanan indeksləşdirmə və axtarışda, səhnə şərhində, klinik qərarların qəbulunda, biliklərin kəşfində və digər sahələrdə istifadə olunur.
Bilik bazası proqram tərəfindən istifadə edilə bilən formada təmsil olunan biliklər toplusudur. Ontologiya isə, müəyyən bilik sahəsinin istifadə etdiyi obyektlərin, münasibətlərin, anlayışların və xassələrin məcmusudur. Bilik bazaları obyektlər, xassələr, kateqoriyalar və obyektlər arasındakı aşağıdakı əlaqələr kimi şeyləri təmsil etməlidir;Representing categories and relations: Semantic networks, description logics, inheritance (including frames, and scripts): vəziyyətlər, hadisələr, hal və zaman;Representing events and time:Situation calculus, event calculus, fluent calculus (including solving the frame problem): səbəblər və nəticələr;Causal calculus: bilik haqqında bilik (başqa insanların bildikləri haqqında bizim bildiklərimiz);Representing knowledge about knowledge: Belief calculus, modal logics: defolt mülahizə (insanların fərz etdiyi şeylər fərqli deyilənə qədər doğrudur və hətta digər faktlar dəyişdikdə belə doğru qalacaq);Default reasoning, Frame problem, default logic, non-monotonic logics, circumscription, closed world assumption, abduction: və biliyin bir çox başqa aspektləri və sahələrini.
Biliyin təqdim edilməsində ən çətin problemlər arasında sağlam düşüncə biliklərinin genişliyi (adi insanın bildiyi atom faktları çox böyükdür)Breadth of commonsense knowledge: və ən ümumi mənalı biliyin alt-simvolik forması (insanların bildiklərinin çoxu onların şifahi şəkildə ifadə edə bildikləri "faktlar" və ya "bəyanatlar" kimi təqdim olunmur) hesab olunur.Psychological evidence of the prevalence of sub-symbolic reasoning and knowledge: Biliklərin mənimsənilməsinin çətinliyi də, süni intellekt tətbiqləri üçün bilik əldə etmək problemlərindən biri hesab olunur.
Planlaşdırma və qərar vermə "Agent" dünyada qavrayan və hərəkət edən hər şeydir. Rasional agentin isə məqsədləri və ya üstünlükləri vardır və agent daim onları həyata keçirmək üçün tədbirlər görür. Avtomatlaşdırılmış planlaşdırmada, agentin xüsusi məqsədi vardır.Automated planning: Avtomatlaşdırılmış qərarların qəbulunda isə agentin üstünlükləri var — agent bəzi vəziyyətlərdə olmağı üstün tutur və bəzi vəziyyətlərdən qaçmağa çalışır. Qərar verən agent, hər bir vəziyyətə agentin ona nə qədər üstünlük verdiyini ölçən bir nömrə təyin edir. Bu zaman agent, hər bir mümkün hərəkət üçün, " gözlənilən faydalılığı " hesablaya bilər: nəticənin baş vermə ehtimalı ilə ölçülən fəaliyyətin isə bütün mümkün nəticələrinin faydası vardır. Daha sonra isə agent, maksimum gözlənilən fayda ilə hərəkəti seçə bilər.Automated decision making, Decision theory:
Klassik planlaşdırmada agent hər hansı bir hərəkətin təsirinin nə olacağını dəqiq bilir.Classical planning: Əksər real dünya problemlərində agent düşdüyü situasiyadan əmin olmaya bilər ("naməlum" və ya "müşahidə olunmaz") və hər bir mümkün hərəkətdən sonra nə baş verəcəyini dəqiq bilməyə bilər. O, ehtimala əsaslanan bir təxmin etməklə bir hərəkət seçməli və sonra hərəkətin işlədiyini görmək üçün vəziyyəti yenidən qiymətləndirməlidir.Sensorless or "conformant" planning, contingent planning, replanning (a.k.a online planning):
Bəzi problemlərdə agentin üstünlükləri qeyri-müəyyən ola bilər. Bu hala isə, xüsusən də başqa agentlər və ya insanlar iştirak etdiyi halı misal göstərmək olar. Bu hallar da agent, öz seçimlərini təkmilləşdirmək üçün məlumat axtara bilər.Uncertain preferences: İnformasiya dəyəri nəzəriyyəsi, bu hada kəşfiyyat və ya eksperimental hərəkətlərin dəyərini ölçmək üçün istifadə edilə bilər.Information value theory: Mümkün gələcək hərəkətlərin və vəziyyətlərin məkanı adətən həll edilməyəcək dərəcədə böyükdür, buna görə də agentlər nəticənin nə olacağına dair qeyri-müəyyən olaraq tədbirlər görməli və vəziyyətləri qiymətləndirməlidirlər.
Markov qərar prosesi, müəyyən bir hərəkətin vəziyyəti xüsusi şəkildə dəyişdirməsi ehtimalını təsvir edən keçid modelinə və hər bir vəziyyətin faydalılığını və hər bir fəaliyyətin dəyərini təmin edən mükafat funksiyasına malikdir. Siyasət qərarı hər bir mümkün vəziyyətlə əlaqələndirilir. Vəziyyət ya hesablana (məsələn, iterasiya ilə), ya da evristik ola bilər və ya öyrənilə bilər.Markov decision process:
Oyun nəzəriyyəsi qarşılıqlı təsir göstərən çoxsaylı agentlərin rasional davranışını təsvir edir və digər agentləri cəlb edən qərarlar qəbul edən süni intellekt proqramlarında istifadə olunur.Game theory and multi-agent decision theory:
Problemə yanaşmalar Süni zəkanın yaradılması probleminə bir çox istiqamətdə yanaşmalar olmuşdur. Bunlardan bir neçəsi aşağıda qeyd olunmuşdur:
Turinq testi və intuitiv yanaşma Modern kompüterlərin atası hesab edilən Alan Turinq, 1950-ci ildə "Mind" jurnalında nəşr olunan "Hesablama Maşınları və Zəka" adlı məqaləsində süni zəka ilə bağlı ilk düşüncələrini ortaya qoymuşdur. Bu məqalədə o, insan və kompüter arasında aparılan bir testdən bəhs edir. Bu testdə bir insan hakim rolunu oynayır və bir insanla bir kompüterlə sual-cavab aparır. Hakim, nə insanı, nə də kompüteri görə bilir. Turinq, bir kompüterin süni zəkaya sahib ola biləcəyini və hakimi çaşdıracaq qədər inandırıcı ola biləcəyini iddia edir. Hakim, insanla yoxsa kompüterlə danışdığını anlamayacaq. Bu testə Turinq testi deyilir.
Turinq testinin məqsədi və əhəmiyyəti Turinq testi, bir maşının insan səviyyəsində zəkaya sahib olub olmadığını ölçmək üçün bir meyardır. Testin məqsədi, bir maşının davranışının insan davranışına o qədər bənzəyib-bənzəmədiyini müəyyən etməkdir ki, onu ayırd etmək mümkün olmasın. Turinq testi, süni zəka tədqiqatları sahəsində mühüm bir rol oynamış və bu sahədə bir çox müzakirəyə səbəb olmuşdur.
Turinq testinin tənqidləri Turinq testi, süni zəkanın ölçülməsi üçün bir meyar olaraq tənqid edilmişdir. Bəzi tənqidçilər, testin yalnız bir maşının insan kimi davranma qabiliyyətini ölçdüyünü və həqiqi zəkanı ölçmədiyini iddia edir. Digər tənqidçilər isə testin subyektiv olduğunu və hakimin qərəzli ola biləcəyini iddia edir.
Turinq testinin təsiri Turinq testi, süni zəka tədqiqatları sahəsində böyük təsirə malik olmuşdur. Test, bu sahədə bir çox tədqiqat və inkişafa ilham vermiş və süni zəkanın nə olduğu və necə ölçülməsi lazım olduğu barədə müzakirələrə səbəb olmuşdur.
Simvolik yanaşma Süni zəka probleminə simvolik yanaşma ilk rəqəmsal maşınların yaranması dövründə yaranıb. Bu yanaşmada problemlərin həllinin tapılmasının uğur və səmərəliyi üçün informasiyanın abstraktlığı vacibdir.
Məntiqi yanaşma Süni zəka sisteminin yaradılmasına məntiqi yanaşma modelləşdirilmiş mühakiməyə əsaslanır. Teorik əsas kimi məntiqə əsaslanır.
Orientasiyalı yanaşma 1990-cı illərdə yaranmış yanaşmadır, aqentli-orientasiyalı yanaşma və yaxud intellektual aqentlərdən istifadə edən yanaşma adlanır. Bu yanaşmaya görə zəka intellektual maşının qabağına qoyulmuş məqsədləri yerinə yetirilməsini hesablayan hissədir. Belə bir maşın ətraf aləmi sensorlarla qavrayan intellektual agent olacaq və onu əhatə edən obyektlərə icraedici mexanizmlərlə təsir edə biləcək.
Tarixi Süni zəka ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O, bu ifadəni işlədərkən süni zəkanı "maşınları intellektual etmək elmi və mühəndisliyi" adlandırıb.
Zəkaya malik olan maşınlar və digər süni aparatlar barəsində yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlmək olar. Zəkaya malik avtomatlaşdırılmış maşınlar Heron, Əl Cəzirə, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanmışdır. Artıq eramızdan əvvəl 4-cü əsrdə yaşamış Aristotel süni zəkanın düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını qoymuşdur. 1275-ci ildə Roman Llull özünün Ars Maqna adlı məntiq aparatını ixtira etmişdir. Ars Maqnaya istifadəçi xristianlıq haqqında öz sualını daxil edir və aparat insanın köməyi olmadan dərhal avtomatik olaraq bu suala cavab tapırdı. Bu aparat müsəlmanları xristianlaşdırmaq məqsədilə yaradılmışdır.