Məzmun Filmin süjet xətti belədir: Qəhrəman gənc rəssamdır. O, siyasətdən uzaq olmaq istəyir. Hər bir yaradıcı insan kimi onun da öz dünyası var. Amma vəziyyət elə inkişaf edir ki, məcburiyyət qarşısında o da, dövrün hadisələrinə qarışmalı olur. Çünki, ən yaxın dostu cəbhənin bir tərəfində, sevgilisi o biri tərəfindədir...

Film haqqında Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Yeni əsr. Yeni gənclər. Yeni baxış" qısametrajlı film layihə müsabiqəsində 2-ci yeri tutub (02.08.2006).

Çəkilişlər 2 aya yaxın davam etmişdir.

Festivallar və mükafatlar 1) 2007-ci ildə Ukrayna Beynəlxalq Kinofestivalı "Ən yaxşı operator işinə görə" Nadir Mehdiyevə Mükafat verilmişdir.

Filmin heyəti

Film üzərində işləyən Ssenari müəllifi: Kamran Qasımov Quruluşçu rejissor: Yusif Quliyev Quruluşçu operator: Nadir Mehdiyev

Rollarda Elvin Mirzəyev — Əyyub Rafael İsgəndərov — Seymur Məsmə Aslanqızı Ramiz Novruz — polis rəisi

Mənbə "Bu meydan, bu ekran-2008". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 27.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:2007-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Sumqayıtda çəkilən filmlər