Abgəz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.

Toponimikası Abgəz — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Rayondakı Aldərə kəndindən 14 km şimalda yerləşirdi. 30-cu illərdə əhalisi rayon mərkəzinə və rayonun Hamravar kəndinə köçürülərək kənd ləğv edilmişdir. Toponim fars dilində "su" mənasında işlənən ab sözü ilə Azərbaycan dilində "aşırım", "dağ qılıcında nazik yer", "gəzdək, dağ çökəyi, dağın təpəsindəki çökək" mənasında işlənən gəz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.İbrahim Bayramov QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ .Bakı."Elm" 2002

Həmçinin bax Yelizavetpol quberniyası İrəvan xanlığı Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası

xarici keçid http://www.erevangala

İstinadlar Kateqoriya:Tarixi Azərbaycan kəndləri Kateqoriya:Qərbi Azərbaycan mahallarının kəndləri Kateqoriya:Zəngəzur kəndləri