300px|right|thumb| İngiltərə kraliçası Viktoriyanın Birinci Ümumdünya sərgisinə gəlişi. Büllur saray, 1851-ci il Ümumdünya sərgisi və ya Ekspo, Expo — xalqların nailiyyətlərini nümayiş etdirmək üçün beynəlxalq sərgidir. Bu sərgilər xarakterə görə fərqlənir və dünyanın müxtəlif yerlərində keçirilir. Sənayeləşdirmə simvolu olan beynəlxalq sərgi, texniki və texnoloji nailiyyətləri nümayiş etdirmək üçün açıq platformadı.
1928-ci ildə Beynəlxalq Sərgilərə dair Konvensiyanın qüvvəyə minməsi ilə Beynəlxalq Sərgilər Bürosu Ümumdünya sərgisi üçün beynəlxalq idarəedici orqan kimi xidmət edir. Beynəlxalq Sərgilər Bürosu tərəfindən təsdiqlənmiş sərgilər üç növdən ibarətdir: universal, beynəlxalq və bağçılıq. Onlar adətən üç həftədən altı aya qədər davam edirlər.
Tarix İlk Ümumdünya sərgisi Şahzad Albert təşəbbüsü ilə 1851-ci ildə Hayd-parkda keçirildi. Sərginin əsas cazibəsi "Crystal Palace" idi. Sərgi cəmiyyətin bir çox aspektlərinin, o cümlədən incəsənət və dizayn təhsilinin, beynəlxalq ticarətin və əlaqələrin, həmçinin turizmin inkişafına təsir etmişdir.John R. Davies in Findling and Pelle (2008), "Encyclopedia of World's Fairs and Expositions", pp. 13–14 1851-ci ildə yarandığı gündən bəri Ümumdünya Sərgilərinin təbiəti üç dövrə bölünür: sənaye dövrü (1851–1938), mədəniyyət mübadiləsi dövrü (1939–1987), milli brending dövrü (1988—bu günədək).
Ümumdünya sərgiləri 190px|thumb|1897-ci ildə Brüsseldə keçirdilən Ümumdünya Sərginin afişası 1851 (London) 1853 (Nyu-York) 1855 (Paris) 1862 (London) 1865 (Porto) 1867 (Paris) 1872 (Lion) 1873 (Vyana) 1876 (Filadelfiya) 1878 (Paris) 1879 (Sidney) 1880 (Melburn) 1884 (Nyu Orlean) 1885 (Antverpen) 1888 (Barselona) 1889 (Paris) 1893 (Çikaqo) 1897 (Brüssel) 1898 (Omaha) 1900 Paris 1901 (Buffalo) 1904 (Sent-Luis) 1905 (Lyej) 1906 (Milan) 1907 (Dublin) 1907 (Norfolk) 1909 (Sietl) 1910 (Brüssel) 1911 (Turin) 1913 (Gent) 1915 (San-Fransisko) 1915–1916 (San-Diyeqo) 1922–1923 (Rio de Janeyro) 1929 (Sevilya) 1929 (Barselona) 1930 (Lyej) 1930 (Antverpen) 1933–1934 (Çikaqo) 1935 (Brüssel) 1937 (Fransa) 1939–1940 (Nyu-York) 1939 (Lyej) 1939–1940 (San-Fransisko) 1949–1950 (Port-o-Prins) 1958 (Brüssel) 1961 (Turin) 1962 (Sietl) 1967 (Monreal) 1968 (San-Antonio) 1970 (Osaka) 1974 (Spokan) 1975 (Naha) 1982 (Noksvill) 1984 (Nyu-Orlean) 1985 (Tsukuba) 1986 (Vankuver) 1988 (Brisben) 1992 (Sevilya) 1992 (Genuya) 1993 (Tecon) 1998 (Lissabon) 2000 (Gannover) 2005 (Naqoya) 2008 (Saraqosa) 2008 (Şanxay) 2012 (Yosu) 2015 (Milan) 2017 (Astana) 2020 (Dubay)EXPO 2020 sərgisi
Xarici keçidlər
Baku bids for World Expo 2025 ExpoBids.com , information about bids for future world's fairs]
İstinadlar
Kateqoriya:Sərgilər Kateqoriya:Beynəlxalq təşkilatlar