Kanqe () — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimalında yerləşən şəhər, Çaqando vilayətinin inzibati mərkəzi. Şəhər yerləşdiyi yerə görə tarixən strateji əhəmiyyətə malikdir.
Tarixi Koreya müharibəsi zamanı, Pxenyan şəhərindən qovulduqdan sonra Kim İr Sen və hökuməti müvəqqəti olaraq Kanqe şəhərinə köçmüşdür.
Coğrafiyası Şəhər, Çanca çayı daxil olmaqla dörd çayın birləşdiyi yerdə yerləşir.
İnzibati bölgüsü
Şəhər 34 məhəlləyə və 2 kəndə bölünmüşdür:
Çanca-don Çunson-don Hanqro-don Huncu-don Kanso-don Koyon 1-don Koyon 2-don Konvi-don Konin-don Mansu-don Nammun-don Namsan-don Namçon-don Naeryon-don Oeryon-don Puçan-don Pukmun-don Rodonca-don Ryu-don Sinmun-don Sosan-don Sokço-don Soxyon-don Suçim-don Tayun-don Toksan-don Tonbu-don Tonmun-don Yucin-don Uncon-don Yahak-ton Yoncu-don Yonpun-don Yonsok-ton Sinhun-ri Tuhun-ri
İqlim
Orta illik hava temperaturu — 7,3 °C Havanın nisbi rütubətliyi — 72,6% Orta külək sürəti — 0,5 m/s
NASA-ya əsasən Kanqe şəhərində orta gündəlik hava temperaturuNASA. RETScreen verilənlər bazası Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl −12,6 °C −7,5 °C 0,4 °C 9,2 °C 15,5 °C 20,2 °C 23,2 °C 22,7 °C 16,2 °C 8,6 °C −0,4 °C −9,2 °C 7,3 °C
Nəqliyyat Kanqe şəhəri digər şəhərlərə quru yolu, dəmiryolu və hava yolu ilə bağlı olan bir nəqliyyat mərkəzidir. Şəhər Kanqe və Manpo dəmiryolu xəttlərinin qovşağında yerləşir. Bundan əlavə olaraq, avtomobil yolları şəhəri paytaxt Pxenyana və KXDR-ın digər şəhərlərinə birləşdirir. Şəhər, hərbi və mülki məqsədli hava limanının yaxınlığında yerləşir.
Mədəniyyət Şəhərdə Kanqe Təhsil Universiteti, Kanqe Texnologiya Universiteti və Kanqe Tibb Universiteti yerləşir.
Turistlərin marağına daxildir — İnpun pavilyonu, Ryonva dağı.
Sənaye 1945-ci ildən bəri şəhərdə istehsal sənayesi sürətlə inkişaf etmişdir. Şəhər mis, sink, kömür və qrafit istehsal edən mədən sənayesinə malikdir. Kanqe şəhəri Çaqando vilayətinin və Şimali Koreyanın əsas ağac emalı zavodlarından birinə ev sahibliyi edir.
Kanqe ağac emalı zavodu Kanqe ağac emalı zavodu Kanqe şəhərində yerləşən kiçik bir dövlət zavodudur. Əməliyyatların əvvəllərindən əl işi ilə yalnız iki növ mebel hazırlanırdı (yemək masaları və sterilizə çubuqlar). Zavod vaxt keçdikcə istehsalat yüzlərlə müasir avadanlıqları hazırlayaraq, ağac emalı istehsalını əhatə edən müasirləşdirilmiş mebel istehsalçısına çevrilmişdir.
Zavod, ağac emalı prosesinin mühüm bir hissəsi olan qurutma işini müsirləşdirmə proqramına cəhd etmişdir. Zavod texniki yeniliklər edərək fabrik istehsalını artırmış və işçi qüvvəsini azaltmışdır.
Qalereya
Mənbə
İstinadlar
Ədəbiyyat Dormels, Rainer. North Korea's Cities: Industrial facilities, internal structures and typification. Jimoondang, 2014.
Xarici keçidlər
Kanqe şəhərinin profili
Kateqoriya:Şimali Koreya şəhərləri Kateqoriya:Çaqando