() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Təbii halda Çində, Yaponiyada və Koreyada bitir.

Botaniki xarakteristikası Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir.

Ekologiyası Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır.

Azərbaycanda yayılması Rayonlarda park və bağlarda rast gəlinir.

İstifadəsi Gözəl, həmişəyaşıl yarpaqları, ətirli çiçəkləri və uzunmüddətli çiçəkləməsi bitkiyə çox dekorativ görünüş verir. Alleya və qrup əkinlərində, canlı çəpərlərin salınmasında bu bitkidən geniş istifadə edilir.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Çin ağacları Kateqoriya:1810-cu ildə təsvir edilən bitkilər Kateqoriya:Yeni Zelandiya florası Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər