() — fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir.
Botaniki təsviri 15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır. Çox dəyişkən növdür. Avqust-sentyabr ayında çiçəkləyir, sentyabr-oktyabrda toxumları yetişir.
Ekologiyası Kserofitdir. Dəniz səviyyəsindən 1000-2500 (1500-2700) metr hündürlükdə daşlı-qayalı yamaclarda, seyrək meşəliklərdə yayılmışdır.
Azərbaycanda yayılması Şahbuz rayonunun Biçənək, Kəngərli rayonunun Çalxanqala və Ordubad rayonunun Gənzə kəndi ilə Soyuqdağ arasında olan ərazilərdə yayılmışdır.
İstifadəsi Yastıqvari formasına, bol çiçəkləməsinə görə dekorativ kol bitkisidir.
Ədəbiyyat Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Kateqoriya:Tıs-tıs