Aysel Məmmədova () — Azərbaycan müğənnisi. O, "X My Heart" mahnısı ilə Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı və musiqi karyerası Aysel Məmmədova 3 iyul 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqi ilə bağlı olub. O, 1995–2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival" (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music Improvisation" (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.
Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Koppaloni və 2015-ci ildə isə Debora C. Karterdən özəl dərslər alıb. Eyni zamanda, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.
Aysel pianoçu, vokalist və bəstəkardır.
2018 Avroviziya Mahnı Müsabiqəsi 8 noyabr 2017-ci ildə İctimai TV rəsmi olaraq Aysel Məmmədovanın ölkəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəyini açıqlamışdır. İfaçının Lissabon səhnəsində ifa edəcəyi mahnı "X My Heart" 2018-ci ilin mart ayının 4-də təqdim olunmuşdur. Müsabiqənin 8 mayda baş tutan birinci yarımfinalda səhnə alan ifaçı nəticədə müsabiqənin final mərhələsinə adlaya bilməmişdir.
Diskoqrafiyası
Studiya Albomları Tarix Adı(ları) İstinad 03.03.2023 ON
EP Albomları Tarix Adı(ları) İstinad 2021 Obsessions (Live) 2021 Connection 2019 İmpavide 2018 Pure Noise (Live) 2023 Sual Var
Sinqlları Tarix Adı(ları) İstinad 2023 Nə Var, Nə Yox 2023 Olarmı 07.11.2022 Şuşa 2022 Таю 2022 Nə isə 2022 Xəbərin Yox Məndən 2021 O Mənə Söz Verib 2021 Out Of Time 2021 Drama 2021 Kədər Nədir 2020 Yat Rahat (feat. Alim Qasımov) 2020 Sevgi Qəfəsi 2020 Bu Bir Sondur 2020 Sevirəm 2020 Demə Mənə Neyləyim 2020 Она не твоя 2019 Невероятно 2019 Я за музыку отдам всю жизнь 2019 Улетаю 2019 Efforts 2019 We Run 2018 Don't Make Me Cry 2018 My Only 2018 Aria Of Dilbar 2018 More Emotion 17.03.2018 X My Heart
Klipləri +SıraTarixAd012018X My Heart022018More Emotion032019We Run042019Efforts052019Я За Музыку Отдам Всю Жизнь062021Kədər Nədir?072021O Mənə Söz Verib082022Şuşa092023Yağış102023Qaradan Qara112023Yat Rahat ft. Alim Qasımov122023Dönən Deyiləm132023Olarmı142023Nə Var, Nə Yox?152023Yenə Sevərəm162023Gəl
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycan caz pianoçuları Kateqoriya:Azərbaycanın "Avroviziya" təmsilçiləri Kateqoriya:2018 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:1989-cu ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Azərbaycanın pop müğənniləri