40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.

Məzmun Filmin adı MəzmunPostskriptumFilm “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edir. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.Onun atasıPsixoloji dram janrında lentə alınan “Onun atası” filmi, Qarabağ müharibəsinin cəmiyyətə vurduğu fəsadlardan bəhs edir. Ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq müharibədə iştirak etməyə qərar verir. Filmin əsas süjeti ilə bağlı olan, döyüşlər zamanı itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan və müharibənin cəmiyyətə mənfi təsiri də təsvir edilir.HədiyyəYenicə ailə qurmuş iki gəncin sosial problemi fonunda sevgi hekayəti təsvir olunur. Maddi çətinliyi olan ailənin kirayə pulunu ödəməyə, yeni ilə təsadüf edən evliliklərinin ildönümünə hədiyyə almağa imkanları yoxdur. Gənc qadın saçını kəsib, ərinin sevimli qızıl saatına qolbaq, kişi isə saatı satıb sancaq alır.Qara bağ“Qara bağ” dilək ağacına bağlanan “qara düyünlər” mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.

Qarabağdan olan yaşlı qaçqın (Vidadi Əliyev) itirilən torpağın xiffətini çəkir. Həkim övladlarına onun xərçəng olduğunu, ömrünə az qaldığını deyir. Oğul atasının ömrünü uzatmaq üçün telekanallardan birində Qarabağın sülh yolu ilə alınması haqda xəbər verdirir. Amma sevindirici xəbər həyəcanlanan qocanın ölümün tezləşdirir. Rejissor metaforlardan yararlanıb, dilək ağacına bağlanan qara parçalardan ibarət düyünlər problemi ifadə edir, finalda düyünləri bağlandığı ağacın tumurcuqlanmasıyla tragizm nikbinlyə köklənir.

Festivallar və mükafatlar Filmin adı İl Festivallar MükafatlarHədiyyə2016“Azərbaycan ailəsi 2016” film festivalı“Ən yaxşı bədii film”Qara bağ2015Azərbaycan Ailəsi Film Festivalı"Ən yaxşı film" Qara bağ2016Birinci Asiya beynəlxalq qısametrajlı filmlər festivalıXüsusi mükafat

Filmin heyəti Filmin adı Filmin üzərində işləyənlər RollardaKinoalmanaxProdüser: Müşfiq HətəmovPostskriptumRejissor: Emin MirabdullayevSsenari müəllifi: Ramiz Fətəliyev, Emin MirabdullayevOperator: Əli SultanovRəssam: Şahin HəsənliBəstəkar: Səid QəniAzər Aydəmir — Robert NobelAyşad Məmmədov — Jozefİlqar Safat — LüdviqBella SafinaEldar BağırbəyovOnun atasıRejissor: Zamin MəmmədovSsenari müəllifi: Zamin MəmmədovOperator: Əli SultanovRəssam: Arif NiftiyevŞamil Süleymanlı - SərdarFateh TahirovMəbud MəhərrəmovÜlviyyə RzaHədiyyəRejissor: Emin ƏfəndiyevSsenari müəllifi: Yusif ŞeyxovOperator: Elman ƏliyevRəssam: Şahin HəsənliBəstəkar: Azər Hacıəsgərliİlahə HəsənovaQorqud CəfərliŞamil SüleymanlıQara bağRejissor: Amil MəmiyevSsenari müəllifi: Amil MəmiyevOperator: Rauf QurbanəliyevRəssam: Əziz MəmmədovElxan AbbasovVidadi ƏliyevRasim Cəfərov

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2016-cı ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2016-cı ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər