Əxtər qəzeti - Qacarlar dövlətində mövcud vəziyyətini tənqid edən və əfkari – ümumiyyəyə güclü təsir göstərən, 1875-ci ildə İstanbulda çapdan çıxan və 20 il fəaliyyət göstərən mühacir mətbu orqanı.Məmmədli Pərvanə Hacı qızı. Cənubi Azərbaycan mətbuatı tarixi.
Bakı: Elm, 2009, s. 31-32 (elektron variant)
Qəzetin nəşri və naşirləri 1875-ci ildən etibarən İstanbulda çap edilən «Əxtər» qəzetinin ilk nömrələri gündəlik nəşr olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra isə həftəlik olmuşdur. Qəzetin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Mehdi idi.
Qəzetdəki yazıların müəllifləri «Əxtər»in ətrafında İstanbulda yaşayan nüfuzlu mühacirlər toplaşmışdılar. Qəzet vətənpərvər ziyalılar tərəfindən hazırlanırdı (adətən Qacarlar dövlətinin siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini müəyyən etmək çətin idi: «M.Müştəri» «M.Ə». «Vətən və azadlıq sevən» «Əxtər» və s. Müxtəlif imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu və şərh olunması cəhətdən «Əxtər» o zamankı «Qərb» qəzetlərin nümunəsinə yaxınlaşırdı. Onun səhifələrində dövrün tanınmış azərbaycanlı ziyalıları Əbdürrəhimov Talıbov, Şeyx Əhməd Ruhi, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər.
Qəzetin başlıca mövzuları «Əxtər» birinci mətbu orqanı kimi ilk dəfə olaraq Qacarlar dövlətində mövcud quruluşu tənqid edərək bu quruluşda nə kimi dəyişiklik aparmaq fikrini irəli sürən qəzet olub. «Əxtər» tək Qacarlar dövlətində deyil, Qafqazda, Yaxın Şərq ölkələrində yayılaraq maraqlı və məzmunlu yazılarına görə öz oxucuları arasında şöhrət tapmışdı. «Əxtər»in ən görkəmli cəhətlərindən biri bundan ibarət idi ki, o iqtisadi məsələlərə fikir verir, elmi dəlil və izahatla Qacarlar dövlətinin nöqteyi nəzərdən dirçəlməsinin lazım olduğunu təbliğ edirdi. «Əxtər» eyni zamanda Avropa dövlətlərinin müstəmləkəçilik siyasətini təkcə İran miqyasında deyil, bütün Şərqdə ifşa edən bir qəzet idi». Qəzet xarici siyasət məsələsində Qacarlar dövlətinin müstəqil bir xarici siyasət proqramını qəbul edərək birtərəflik siyasəti (İngilis və ya Rus meyilli yox) aparmağa çağırır, yazırdı ki, xarici dövlətlər Qacarlar dövlətində ancaq mənfəət güdür və müstəmləkəçi dövlətə yaxınlaşmaq Qacarlar dövlətinə heç bir fayda gətirməz.
Qəzetdən sitatlar «Əxtər» qəzetinin 1880-ci il (1298) 9-cu sayında belə qeyd olunurdu:
Qəzet başqa bir məqaləsində bu məsələyə toxunaraq xarici siyasətçilərin Qacarlar dövlətinə verdiyi boş vədləri axmaqları aldadan boş söz adlandırırdı. Avropa ölkələrinin Şərq ölkələri ilə münasibətdə heç zaman beynəlxalq hüquqlara riayət etməyəcəyini qeyd edən «Əxtər» qəzeti 1880-ci il 33-cü sayında yazırdı:
Həmçinin bax Cənubi Azərbaycan mətbuatı Şəbnamə Əkinçi qəzeti
Xarici keçidlər Pərvanə Məmmədli: İranın dövlət siyasəti Azərbaycan milli mətbuatının qarşısına sədd çəkib Güney Azərbaycan mətbuatı
İstinadlar
Kateqoriya:İran mətbuatı
Kateqoriya:İran qəzetləri