Biryani və ya biriyani (; ) – düyüdən (adətən, basmati növləri) və ədviyyatlı ət, balıq, yumurta və ya tərəvəzlərin əlavəsi ilə hazırlanmış ikinci yemək. Biryani hazırlamaq üçün lazımi ədviyyatlar və souslar: əridilmiş yağ, kərəviz, mixək, hil, darçın, dəfnə yarpağı, keşniş, zəfəran, nanə, göyərtilər, zəncəfil, soğan və sarımsaq. Ancaq bu siyahı tam deyil.
Yemək müxtəlif çeşidlərdə bütün Cənubi Asiyada, həmçinin, ərəb ölkələrində və Qərbdə olan Cənubi Asiya icmaları arasında yayılmışdır. Göründüyü kimi, o, İran mənşəlidir və Hindistan subkontinentinə İranlı tacirlər və səyyahlar sayəsində daxil olmuşdur.
Biryani dahi çatni və ya raita, korma, karri, badımcan turşusu, xırda dəniz xərçəngi kimi hind mətbəxindən olan digər yeməklərlə üst-üstə düşür. Plovdan ətli biryani onunla fərqlənir ki, plovda duyu ilə ət bir yerdə, biryanidə isə ayrı-ayrı hazırlanır.
Etimologiya
Bir nəzəriyyəyə görə, "biryani" sözü fars dilindəki "birinc "(), yəni "düyü" sözündən gəlir. Başqa nəzəriyyəyə görə isə, o, farsca "beryā(n)" (fars بریان, qızardılmış) sözündən alınmışdır.
Biryaninin növləri thumb|Bombey biryanisi thumb|right|İraq biryanisi thumb|right|Toyuq əti ilə biryani thumb|right|Danpauk
Heydərabad biryanisi Heydərabad biryanisi qeyri-vegetariandır və bütün Hindistanda yayılmışdır. Bu yeməyin balıq, bildirçin, dovşan, şimal maralı, xırda dəniz xərçəngi ilə bir çox çeşidi var. Ən məşhur çeşidi basdırma ətli "Kaçi axni biryani" adlandırılır.
Dindigül biryanisi Dindiqül biryanisi "seeraga samba" düyü növündən hazırlanır və Tamilnad ştatında çox məşhurdur.
İran biryanisi Səfəvilərdə "Biryan plov" adlı yemək (nasta'liq: بریان پلو) təndirdə xörək şirəsi, ətirli ədviyyatlarla, göyərtilərlə, kişmiş, qara gavalı, nar dənələri kimi quru meyvərlə basdırılmış qoyun və ya toyuq ətindən hazırlanırdı. Qarnir kimi qaynadılmış düyü verilirdi.
İranda biryaninin daha çox yayılmış adı – Dahm pukht'dur. Bu "buğda bişmiş" anlamına gəlir. Myanma və bəzi digər ölkələrdə bu ad "danpauk" adına çevrildi.
Sindh biryanisi Sindh biryanisi Pakistanda məşhurdur. "Pakistan Beynəlxalq Hava Yolları"nın bir çox qərb marşrutlarında milli mətbəxi populyarlaşdırmaq üçün bu yeməyi təqdim edirlər.
Kəlküttə biryanisi Biryaninin ən məşhur növləri əvvəlcə Kəlküttənin yoxsul ərazilərində yayılmışdır, ona görə ki, bu yeməkdə ət kartof ilə əvəz edilmişdi. Hal-hazırda kartofun çox olması Kəlküttə biryanisinin fərqləndirici xüsusiyyəti sayılır, bu da yeməyə ət əlavə edilməsinə mane olmur.
Danpauk Myanmada bu yemək "danpauk" və ya "danbauk" kimi tanınır. Onun fərqli xüsusiyyəti düyü və toyuğun birlikdə bişirilməsidir. Bundan əlavə, düyülərin "basmati" növü deyil, yerli növlərindən istifadə olunur. Digər ingrediyentlər qoz, fındıq, noxud, kişmiş, qatıq, mixək, darçın və dəfnə yarpağından ibarətdir. Yeməyin yanında tez-tez soğan və xiyar salatı verilir.
Tayland biryanisi Taylandda bu yeməyin "xau mok" adlanan çeşidi məşhurdur. Əhalinin müsəlman hissəsi ona keçi əti əlavə edir, lakin toyuq və mal əti də hazırlama prosesində istifadə olunur.
Şri-Lanka biryanisi Şri-Lankada biryani müsəlmanlar arasında daha məşhurdur və toyuq, mal və ya qoyun əti ilə verilir. Burada hind çeşidlərindən fərqli olaraq, yeməkdə daha çox ədviyyatlardan istifadə olunur.
Nasi biryanisi Bu, yeməyin Malayziya və Sinqapurda olan yerli adıdır. Əsas ingrediyent kimi toyuq, qoyun əti və ya balıqdan istifadə olunur. Filippinin bəzi bölgələrində bu yemək "nasin-birinqi" kimi məşhurdur.
İstinadlar Briyani. Net
Qeydlər Kateqoriya:Pəncab mətbəxi Kateqoriya:Kürd mətbəxi Kateqoriya:Tərəvəz xörəkləri Kateqoriya:Düyü xörəkləri Kateqoriya:Fars dilində sözlər və ifadələr Kateqoriya:Balıq xörəkləri Kateqoriya:Türk mətbəxindəki kabablar Kateqoriya:Küçə yeməkləri Kateqoriya:Hindistan mətbəxi Kateqoriya:İndoneziya mətbəxi Kateqoriya:Malayziya mətbəxi