Piridazin (kimyəvi formulu: C4H4N2 (1,2-diazin)) heterotsiklik aromatik birləşmədir. Piridazin İki qonşu karbon atomu azotla əvəz edilmiş benzol həlqəsinə malikdir. Alınması Piridazin hidrazinin a-ketoqlutarik turşusu ilə reaksiyasindan alınır. Xassələri Suda, dietil efirində, benzolda və spirtdə həll olan rəngsiz mayedir. Piridazin doymuş karbohirogen məhlulunda həll olmur.Piridinə nisbətən piridazin daha zəif əsasdır. Nitratlaşma, sulfatlaşma, halogenləşmə reaksiyasına praktik olaraq daxil olmur. Alkilhalogenidlərlə N-duzlar əmələ gətirir. Güclü oksidləşdiricilərlə reaksiyaya daxil olmur. Hidrogen peroksidlə N-oksid əmələ gətirir. thumb|Piridazin 1
Tətbiqi Piridazindən üzvi sintezdə istifadə edilir. Piridazindən herbisidlər, antivirus və antibakterioloyi vasitə kimi istifadə edilir.
Mənbə Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др.. — М.: Советская энциклопедия, 1992. — Т. 3 (Мед-Пол). — 639 с. — ISBN 5-82270-039-8. О. Я. Нейланд. Органическая химия. — М.: Высшая школа, 1990. — 751 с. — 35 000 экз. — ISBN 5-06-001471-1. Waldron J.W., пат. США 2454019, ноябрь 16, 1948. Arndt F., Nachtwey P., Ber. deut. chem. Gesell., 1926, 59B, 448.
Kateqoriya:Azot heterotsiklləri