Stalik (Stanislav) Hüseyn oğlu Xankişiyev (; d. 2 fevral 1962, Fərqanə, Özbəkistan SSR, SSRİ) — kulinar, yazıçı və fotoqraf. Əsasən şərq mətbəxinə həsr olunan kulinariya kitablarının müəllifidir.
Atası azərbaycanlı, anası isə almandır. Atası Fərqanə Politexnik İnstitutunda müəllim idi. Stalik kitab yazmağa başlayana qədər Özbəkistanda sahibkarlıqla məşğul olub.
Stalik Xankişiyev Rusiya televiziyalarında müxtəlif verilişlər hazırlayıb. O, bloq yazıları da yazır.
Kitabları və bəzi mükafatları Stalik Xankişiyev peşəkar aşpaz olmasa da kitabları Rusiyada çox məşhurdur. O, bir sıra telekanallarla əməkdaşlıq çərçivəsində, müəllifi olduğu kitablarda, televiziya verilişlərində Azərbaycan milli mətbəxinə geniş yer ayırır. Xankişiyev bu haqda danışarkən bunları deyib:
"Böyük İpək Yolu" mükafatını qazanan Stalik Xankişiyevin müəllifi olduğu "Bazar, qazan və dəstərxan" kitabı "İyirmi ildə milli mətbəx haqqında ən yaxşı kitab" nominasiyası üzrə qalib olub. Onun "Qazan, kulinariya dərsliyi" kitabı 2015-ci ildə "Qurman" kulinariya kitabları beynəlxalq müsabiqəsində birinci yeri tutub. "Plov, kulinar tədqiq" kitabı isə 2016-cı ildə həmin müsabiqənin "Milli mətbəx haqqında ən yaxşı" nominasiyasında qalib gəlib.
Kitab mükafatları Mükafat İl Kitab Nominasiya Gourmand World Cookbook Awards 2012Cookbooks finalists 2012 (3. Cuisines, C01 – Local) // cookbookfair.com Bazar, qazan və dəstərxan Milli mətbəx 2013The best of the best 1995—2020 // cookbookfair.com Manqal Populyar teleaparıcı 2015 Plov: kulinar araşdırmaları İpək yolu
Kitablarının siyahısı Mənbə: Qazan, manqal və kişilərə ləzzət verən başqa ləvazimatlar. — Moskva.: KoLibri, 2006 (təkrar nəşr: KoLibri, 2009, ISBN 978-5-98720-026-1; Astrel, 2010, ISBN 978-5-271-24819-1, ISBN 978-5-271-25399-7). Qazan, qoyun və dəstərxan. — Moskva.: Korpus, Astrel, 2010. — ISBN 978-5-271-27222-6. Bazar, qazan və dəstərxan. — Moskva.: Astrel, 2012. — ISBN 978-5-271-39108-8. Manqal. — Moskva,: Astrel, 2013. — ISBN 978-5-17-077687-0. Qazan, kulinariya dərsliyi. — Moskva.: AST, 2014. — ISBN 978-5-17-080127-5. Plov, kulinar tədqiq. — Moskva.: AST, 2015. — ISBN 978-5-17-080126-8. Kabab. Sukeçirməyən kitab. — Moskva,: AST, 2017. — ISBN 978-5-17-103313-2. Ailəsi Atası — azərbaycanlıdır və Fərqanə Politexnik İnstitutunda riyaziyyat müəllimi olub. Anası — əslən Krasnodar bölgəsindən olan alman idi və məktəbdə işləyirdi. Lakin onun atası (Stalikin babası) Böyük Vətən müharibəsində Qırmızı Ordu sıralarında döyüşərək həlak olub. Ailəlidir, dörd övladı var.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Rəsmi saytı Stalik Xankişiyev kanalı — YouTube
Kateqoriya:Fərqanədə doğulanlar Kateqoriya:Kulinariya kitablarının müəllifləri Kateqoriya:Özbəkistan azərbaycanlıları Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:YouTube Gümüş play düyməsi alanlar Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Özbəkistan yazıçıları Kateqoriya:Rusiya aşpazları