Viktor Yörgen Nilson Lindelöf () İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İsveç milli yığmasının heyətində müdafiəçi mövqeyində çıxış edən isveçli futbolçu. Əsas mövqeyinin mərkəz müdafiəçisi olmasına baxmayaraq, sağ cinah müdafiəçisi mövqeyində də çıxış edə bilir.
Klub karyerası
İlk illəri Lindelöf gənc yaşlarında Vesteros şəhərində yerləşən İK Franke, Vesteros İK və Vesteros SK kimi klublarda çıxış etmişdir.
Vesteros SK 2010-cu ilin sentyabrında Lindelöfün hələ 16 yaşı olarkən o, Vesteros klubunun heyətinin debüt oyununa çıxmışdır. Elə həmin mövsüm o, İsveç liqa sistemində daha yüksək səviyyə hesab olunan ikinci liqaya yüksəlməkdə komandasına kömək etmişdir.
Benfika Lindelöf 1 dekabr 2011-ci ildə Portuqaliya təmsilçisi Benfika klubu ilə müqavilə imzalamışdır. 8 iyun 2015-ci ildə imzalanan yeni müqavilə sayəsində klubla olan müqavilə 2020-ci ilə qədər uzadılmışdır. 2012–13 mövsümündə gənclərdən ibarət komandanın heyətində Portuqaliya U19 çempionatının qalibi olmuşdur. 19 oktyabr 2013-cü ildə əsas komandanın heyətində ilk oyununa çıxmışdır. 2013–14 mövsümündə ehtiyat komandanın tərkibində 33 oyunda meydana çıxmış və 2 qolla yadda qalmışdır. 2015–16 mövsümündə yenidən əsas heyətə qayıtmağı bacarmışdır. O, 16 fevral 2016-cı ildə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Zenit Sankt-Peterburq klubuna qarşı matçda əsas heyətdə iştirak etmiş və vacib qələbənin qazanılmasında kluba kömək etmişdir. Bundan dörd gün sonra Portuqaliya çempionatında Pakuş de Ferreyra klubu ilə qarşılaşmada Benfikanın əsas heyətində ilk qolunu vurmağı bacarmışdır. Həmin oyunda Benfika rəqibini 3-1 hesabı ilə məğlub etmişdir.
Mançester Yunayted 10 iyun 2017-ci il tarixində Mançester Yunayted Benfikaya 35 milyon avro (10 milyon avro potensial artırma şərti ilə) ödəyərək Viktor Lindelöfü heyətinə qatdığını açıqlamışdır. Lindelöf 14 iyunda Trafford Təlim Mərkəzində tibbi müayinədən keçdikdən sonra klubla bir il artırma şərti ilə dörd illik müqavilə imzalamışdır. Mançester Yunayted müqavilənin 1 iyul tarixindən etibarən qüvvəyə mindiyini açıqlamışdır.
O, rəsmi qarşılaşmalarda ilk oyununa UEFA Superkuboku çərçivəsində Real Madridə qarşı matçda çıxmışdır. Lakin, Premyer Liqada debüt oyununa çıxmaq üçün iki ay gözləməli olmuş, yalnız 14 oktyabrda Liverpula qarşı oyunda meydana çıxma şansı qazanmışdır.
Həmçinin bax Mançester Yunayted İsveç milli futbol komandası
İstinadlar
Xarici keçidlər
Profile at SvFF
Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Aston Villa FK futbolçuları Kateqoriya:Legioner İsveç futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İsveçin kişi futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:İsveç milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İsveç U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Benfika FK futbolçuları Kateqoriya:İngiltərədə legioner İsveç idmançıları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları