Vita Tbilisi basketbol klubu — Gürcüstanın Tbilisi şəhərini təmsil edən peşəkar basketbol klubudur. Klub öz ev oyunlarını 9700 nəfər tamaşaçı tutumuna malik Tbilisi İdman sarayında keçirir. Klub hal-hazırda Gürcüstanın ikinci liqası sayılan A-Liqada çıxış edir

Tarixi 90-cı illərdə Vita klubu Gürcüstan Superliqasında çıxış etmiş və 1993-cü ildən 1998-ci ilə kimi 6 dəfə çempionatın qalibi olmuşdur. Klub 2015-16 mövsümündə VTB Birləşmiş liqasında iştirak etmişdir.

Uğurları Gürcüstan Superliqası Çempion (6): 1992–93, 1993–94, 1994–95, 1995–96, 1996–97, 1997–98

Oyunçular İndiki heyəti

İstinadlar

Xarici keçidlər Website Eurobasket.com page VTB United League Team page Facebook page Twitter page

Kateqoriya:Gürcüstan basketbol klubları